SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Dəri, saçlar və dırnaqların gigiyenası

whatsappda paylaş Whatsapp-la göndər
Dəri, saçlar və dırnaqların gigiyenası
Dəri bədəni yalnız çöldən örtmür, müxtəlif funksiyalar daşıyır, başlıcası müdafiədir. Dəridə tər və piy vəziləri yerləşir. Tər vəziləri xaricə tər ifraz edir, piy yağlarını piy vəziləri hasil edir. Buna görə də dəridəki tüklər nəmliyini və elastikliyini saxlayır, dəri qurumur, qatlaşmır. Dəri xəstəliklərinin qarşısını almaq, sağlam görəm saxlamaq üçün dəriyə düzgün qulluq etmək lazımdır. Dərinin açıq hissəsini her sutkada, örtülü hissəsini həftədə 1 deəfədən az olmamaq şərtilə sabunla, çox tərlədikdə və piy vəzləri daha aktiv olduqda daha tez-tez yumaq lazımdır. Səhərlər duş qəbulu vərdişi pis deyil, amma sabunsuz, sabun dərini müdafiə edən maddələri yuyur və qurudur. Əl-üzü otaq temperaturlu su ilə yumaq məsləhətdir, isti su elastikliyi azaldır, soyuq su piy vəzilərinin normal ifrazatını pozur. Əlləri yeməkdən qabaq, küçədən gələndə, ayaqyolundan sonra, hər çirklənəndə yumaq, möhkəm silmək lazımdır, yoxsa codlaşar. Pubertat dövründə tər ifrazı çoxalır, bir çox yeniyetmələrdə kifayət qədər intensiv, xoşa gəlməyən xarakterik iyi olur. Qarşısını almaq üçün qoltuq altı hər gün yuyulmalı, tüklər qırxılmalıdır, onlar təri saxlayır.Pubertat dövrünün sonunda, 14-16 yaşda bəzi yeniyetmələrdə sızanaqlar əmələ gəlir. Kişi cinsi hormonlarının artması (oğlanlarda bərk biruze verir) piy vəzilərinin aktivliyinə səbəb olur. Sızanaqlar ən çox üzdə, sinədə, belin yuxarı hissəsində olur, bir neçə aya keçə də bilər. Dəri xəstəliyi olsa 20-25 yaşa qədər davam edər. Sızanaqların olması və təzahürüne irsi meyil də ola bilər. Tez üzü qızaran qızlarda sızanaqlar olmur. Sızanaqların profilaktikası dərinin mükəmməl təmizliyi və piy vəzi axarı tıxaclarının qarşısının alınmasıdır. Çох aktiv olduqda üzü tez-tez sabunla yumaq, massaj etmək lazımdır. Əvvəlcə isti su ilə yuyulmalı, sonra soyuq su ilə yaxalanmalıdır. Bu prosedür yaxşı təsir edir. Sızanağın kəskinləşməsinə səbəb qidada acı, ədviyyat, kofe, kakao, tünd çay, yeməkdə yağların və karbohidratların çox olmasıdır. Mütəxəssislə məsləhətləşərək bəzi kosmetikadan istifadə etmək olar, lakin sui-istifadə yox, xüsusən yeniyetmə qızlara cavan, sağlam dəriyə kosmetika lazım deyil, həmişə zərərsiz ötüşmür. Çox bəzədilib qrimlənmiş üz pis təsir bağışlayır. Kosmetikadan çox istifadə cazibədar görünmek üçündür, bu vaxt həddi aşmaq olmaz. Pudra, dermakol dərini çirkləndirir, nəfəsini pozur: ağardıcı maddələrdə də (çillərə qarşı) civə var, odur ki, yazda, yayda dərini düz düşən şualardan qorumaq lazımdır. Dodaqlar çatlayanda rəngsiz pomada və əl kremindən istifadə oluna bilər. Dərinin yaxşı olması sağlamlığa dəlalət edir. Adi gigiyena, qidalanma, və yuxu rejiminə riayət etdikdə, sağlam həyat tərzi keçirdikdə dərinin rəngi ve sağlamlığı saxlanır. Tük və dırnaq dərinin törəmələridir. Tüklər çox mikroskopikdirler - nəmliyi, piy vəzilərinin ifrazatlarını və tərkibində yağlar olan maddələri özünə çəkir. Piy vəziləri xeyli şirə buraxdıqda (yağlı saçlar) saçlar 3-4 gündən bir, dəri quru olduqda 5-6 gündən bir yuyulur. Şampunlardan istifadə etmək olar, seçim yolu ilə. Təmiz yuyan, kəpək əmələ gətirməyən, qıcıqlandırmayan şampun seçin, çobanyastığı, gıctikən, pişikdili dəmləməsi qatılsa daha yaxşı olar. Başı çox isti su ilə yumayın, barmaqlarla və ya şotka ilə masaj xeyirlidir. Axırda çobanyastığı cövhəri ilə yaxaladıqda parlaqlıq olar. Səliqə ilə silib, otaq temperaturunda qurudun: fen saçı qurudur, kövrəldir, quru vaxtı daranmasa çox saç tökülər. Saça zərərli olan isti burma, tez-tez isladılma, keyfiyyətsiz saç boyalarıdır (indi təbii olmayan, müxtəlif rənglər dəbdədir, hətta oğlanlar arasında). Saç xarici görkəmin əsas komponentidir. Düzgün qulluq olunduqda özünü doğruldur, təhlükəli eksperimentlər yol verilməzdir.Dırnaqlara qulluq çətin deyil. Sağlam dırnaqlar qabarıq, səthi hamar, rəngi parlaq çəhrayı olur. Böyümə sürəti əldə həftədə 1 mm, ayaqda 3-4 dəfə az. Əl dırnaqları həftədə bir dəfə, ayaq dırnaqları ayda bir dəfə kəsilməlidir. Dırnaqların yanında tilişkəni səliqə ilə kəsib odekolon vurmaq lazımdır. Dirnaqlara qulluq zamanı əllərin təmizliyinə də fikir vərilməlidir. Daima lak vurduqda saralır və kövrək olur. Mənbə:qadinlar.biz
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Gigiyena
Baxış sayı: 1806
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN