SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Dodaqlarda uçuqlama və onun müalicəsi

whatsappda paylaş Whatsapp-la göndər
Dodaqlarda uçuqlama və onun müalicəsi
Uçuqlama və onun yaranma səbəbləri Uçuq adətən ağız və dodaq ətrafında əmələ gələn və tibbdə Herpes simplex adı verilən virusun səbəb olduğu xəstəlikdir. Aparılan tədqiqatlar göstərmişdir ki, təqribən dünya əhalisinin 80%-i ömürlərində ən azı bir dəfə bu xəstəliyi keçirmişlər. Uçuqlamanın əlamətləri: Uçuq çıxacaq bölgədə təqribən 24 saat əvvəldən qaşınma, qızarma, yanma hiss olunur. Daha sonra bu əlamətləri şişmə və sulu qabarlar əvəz edir. Bu qabarlar isə danışarkən, gülərkən, yemək yeyerkən ağrı verməyə başlayır. Uçuqlama yoluxucudurmu? Bəli, uçuqlama yoluxucu bir xəstəlikdir. Uçuğu olan bir insanın istifadə etdiyi dəsmal, stəkan, qaşıq və s. kimi əşyalardan istifadə etmək və ya onunla öpüşmək Herpes simplex virusunun yoluxması ilə nəticələnə bilər. Uçuqlamanın səbəbləri. Uçuqlamaya səbəb olan Herpes simplex virusu insan vücuduna daxil olaraq uçuqlama üçün lazım olan şəraiti yəni insan vücudunun zəifləməsini immunitetin aşağı düşməsini gözləyir. Uçuqlama : • Stress • Soyuqdəymə, qrip, yüksək hərarət • Həddən artıq yorğunluq və yuxusuzluq • Hormonal dəyişikliklər • Hədsiz günəş şüaları altında olmaq zamanı ortaya çıxır Uçuğu olanlar bunu etməməlidir: • Uçuğa toxnulmamalı, toxunulursa əllər çox yaxşı yuyulmalıdır • Uçuğa toxunduğunuz əllə gözlərə toxunmaq olmaz, makiyajı təmizləyərkən ehtiyatlı olmaq lazımdır • Xüsusilə, körpələr, uşaqlar və digər insanlar öpülməməli, yaxın təmasdan çəkinməlidir.. • Uçuqlu insanın istifadə etdiyi dəsmal, stəkan, qaşıq və s. əşyalar ayırılmalı və başqalarının istifadəsinə imkan verilməməlidir • Uçuq və uçuq yarasının qabığı ilə oynanılmamalıdır. Qarşısını alma və ya müalicə vasitələri: İlk öncə uçuğun yaranma hallarını, səbəbləri aradan qaldırmaq lazımdır. Məsələn: stresə səbəb olan vəziyyətdən uzaqlaşmaq, dincəlmək və yaxşı yatmaq, dodaq üçün qoruyucu kremlərdən istifadə etmək. Bütün bunlara baxmayaraq uçuq yenə əmələ gələ bilər. Uçuğun yaratdığı rahatsızlıqları : uçuğun üzərindəki bakteriya infeksiyasının yayılmasının qarşısını almaq üçün tibbi spirt və antiseptik dərmanlardan; ağrını azaltmaq üçün həmin yerə buz qoymaq və ya ağrıkəsici dərmanlardan istifadə edilir. Uçuğun müalicəsində ən təsirli vasitə - antiviral uçuq kremidir. İlk əlamətlər (qaşınma, qızarma, yanma ) hiss edildikdə o nöqtəyə qısa aralarla kremi vurmaq lazımdır. Mənbə:qadin.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 2687
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN