SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Ayaq qoxusundan necə qurtulmalı?

whatsappda paylaş Whatsapp-la göndər
Ayaq qoxusundan necə qurtulmalı?
Olduqca utandırıcı bir sıxıntıya çevrilən ayaq qoxusu bir çoxlarının, əsasən də kişilərin kabusuna çevrilib. Ayaqlarından tez-tez kəskin qoxu gəldiyindən ayaqqabılarını belə çıxarmaq istəməyənlər dərd çəkməsin. Bunun həlli məqalədə. 1. Karbonat Mətbəxdə işlətdiyiniz soda (karbonat) ayaq qoxusuna qarşı təsirlidir. Corabı geyinmədən öncə içinə soda tökə bilərsiniz. Yaxud corablarınızı çxartdıqdan sonra suya 1 paket karbonat əlavə edib ayaqlarınızı o suda 15 dəqiqə saxlayın. 2. Lavanda yağı Lavanda gözəl qoxuya malik olmaqla yanaşı bakteriyaları da yox edir. 1-2 damcı lavanda yağını corablarınıza damcılada bilərsiniz. Bir neçə gün ərzində gündə 2 dəfə bunu təkrarlayın. 3. Maqnezium duzu Maqnezium duzu ayaq qoxusunun qarşısını almaqda təsirlidir. İlıq suya 2 qaşıq maqnezium duzu əlavə edib ayaqlarınızı həmin suda 15-20 dəqiqə saxlayın. Yatmadan öncə etsəniz, daha yaxşı olar. 4. Çay Çayın tərkibində bakteriyaları öldürən maddələr var. Tərləmənin də qarşısını alan təsirə malikdir. 2 paket çayı 3 stəkan suda qaynadın. İçinə bir az soyuq su əlavə edib ayaqlarınızı həmin suda 15 -20 dəqiqə saxlayın. 5. Sirkə Ayaq qoxusuna qarşı alma sirkəsindən başqa digər sirkələrdən istifadə edə bilərsiniz. İsti su və sirkəni qarışdıraraq ayaqlarınızı 15-20 dəqiqə bu suda saxlayın. Sirkə qoxusunun getsin deyə sonra ayaqlarınızı sabunla yaxşı yuyun. 6. Zəncəfil Zəncəfilin kökündən püre hazırlayıb 1 stəkan isti suda 15-20 dəqiqə saxlayın. Daha sonra süzüb bu mayeylə ayaqlarınıza masaj edin. 2 həftə boyunca hər gün təkrarlayın. Mənbə: ailem.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Gigiyena
Baxış sayı: 1559
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN