SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

At pələngə necə kələk gəldi

whatsappda paylaş Whatsapp-la göndər
At pələngə necə kələk gəldi
Meşə qırağındakı çəmənlikdə bir at otlayırdı, ondan azca aralı dayça özü üçün atılıb-düşürdü. At tez-tez balasını səsləyirdi; onu çox istəyirdi. Dayça isə meşə qırağında keyfi kök, atılıb- düşürdü: gah anasının yanına qaçır, gah da dördayaq o tərəfə götürülüb qaçırdı. – Oğlum, qulaq as, gör nə deyirəm, – deyə at oğluna nəsihət etdi. – Uzağa qaçma. Buralar qorxuludur. Sən həmişə mənim yanımda ol. Bir şey olanda da harayına tez çata bilim. – Yaxşı, – deyə dayça ona cavab verdi. – Ancaq bir de görək ki, çəməndə qorxulu nə ola bilər? – Çəməndə yox, ancaq bax, o meşədə ola bilər, orada çoxlu pələng var. Onlar çox dayçaların anasını ağlar qoyublar. Dayça bunu eşidəndə qorxudan bədəni tir-tir titrədi. O, pələngin pəncəsinə keçməkdən bərk qorxdu. Günlərin bir günündə dayça gördü ki, meşədən xallı bir heyvan çıxdı. Dayça ömründə bu cür bədheybət, qorxulu bir heyvan görməmişdi. Onun parıldayan iri gözləri vardı, özü də yavaş-yavaş düz dayçanın üstünə gəlirdi. – Ay oğlum, – deyə at təşvişlə dilləndi – tez-ol, bircə keç mənim qabağıma. Bu gələn pələngdir! Dayça da pələng adını eşidən kimi qorxudan bağrı yarıldı. O,saat keçib atın qabağında dayandı. Pələng bu vaxt dayanıb ürəyində öz-özünə belə deyirdi: “Əgər mən indi dayçanın üstünə atılsam, yəqin ki, anası onu müdafiə edəcək. Əlbəttə o boyda böyük atın öhdəsindən gəlmək asan deyil. Yaxşısı budur, mən bir kələk işlədim. Nahaq yerə özümü niyə əldən-dildən salım?! Hamısından yaxşısı budur ki, atın başını elə aldadaram ki, heç özünün də xəbəri olmadan dayça olar mənim”. Pələng, ata yaxınlaşıb özünü elə tutdu ki, guya heç bir pis niyyəti yoxdur. O, hörmətlə baş əyib dedi: – Sabahınız xeyir, hörmətli at! Necəsiniz, uşağınız necədir? – Çox sağ olun, hörmətli pələng, biz sağ-salamatıq! – deyə at ona cavab verdi. – Mən məşhur həkiməm, bütün xəstəlikləri müalicə edirəm. Üz-gözündən görünür ki, sizin uşağınız xəstədir. Bədəni arıqdır, ayaqları çöp kimi nazikdir. İcazə verin onu özümlə meşəyə aparım. Orada uşaqlar üçün bizim xəstəxanamız vardır. Mən uşağınızı orada müayinədən keçirib ona lazımi toz dərmanı yazaram. At o saat pələngin niyyətini başa düşdü. – Ay həkim, siz lap elə vaxtında gəlmişsiniz, – dedi. – Beş gündür ki, mənim ayağım ağrıyır. Yəqin ki, ayağıma tikan batıb. Mənim ayağıma baxarsınızmı? Sonra da oğlumu özünüzlə aparıb müalicə edərsiniz. Pələngin keyfi kökəldi. – Göstərin ayağınızı görüm! – deyə o təkəbbürlə səsləndi. – Hansı ayağınız ağrıyır? – Ay həkim, sağ ayağım! Pələng əyilib atın ayağına baxmağa macal tapmamış at, pələngin başına qüvvətli bir zərbə endirdi. Pələng, tufandan yıxılan ağac kimi yerə dəydi. At dayçaya dedi: – İndi də tez evə! Qoy pələng qalıb mənim ayağımı necə müalicə etmək barəsində düşünsün! Onlar qaçıb öz tövlələrinə gəldilər. Mənbə:bebe.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hekayələr
Baxış sayı: 1195
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN