SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Dabanlara Qulluq

whatsappda paylaş Whatsapp-la göndər
Dabanlara Qulluq
Bəzən istəməsək də dabanlarda çatlar əmələ gəlir.Bunun aradan qaldırılması üçün ev şəraitində bəzi proseduralar etmək məsləhətdir. 1) Vannaya təxminən 5-7 l isti su tökün.Həmin suya 1 x.q soda və 2 x.q. istənilən maye sabun əlavə edin. Ayaqları bu suda su ilıq olana kimi saxlayın. Problemli hissəni süngərdaşı (dabandaşı ) ilə sürtün, sonra ayaqları təmiz su ilə yaxalayıb dəsmalla qurulayın və dabanınıza yağlı krem çəkin. Kremin hazırlanması : Yağlılığı yüksək olan istənilən kremin 1 tübikini 2x.q. gənəgərçək və ya zeytun yağı ilə qarışdırın, hazır məhlulu dabanınıza sürtdükdən sonra pambıq corab geyinməyiniz məsləhətdir. Bu prosedurani axşam yatmazdan əvvəl etmək məqsədəuyğundur. 2) Yatmazdan əvvəl corabın içinə xardal tozu töküb geyinin, bu corabın üstündən də bir az qalın corab geyinib yatın. Yaxşı olardı ki, səhəri gün bu corablar axşama kimi ayağınızda qalsın. Corabı çıxartdıqdan sonra qurumuş dəri asanlıqla süngərdaşı ilə təmizlənir. Sonra dabanlara krem çəkilir. Bu proseduranı həftədə 1 dəfə etmək olar.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 8799
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN