loading...

Sağlamlığınız üçün vacib olan - şəxsi gigiyena

whatsappda paylaş Whatsapp-la göndər
Sağlamlığınız üçün vacib olan - şəxsi gigiyena
Gündəlik həyatda fərqinə varılmayan gigiyenik səhvlər sonradan insan sağlamlığında müxtəlif problemlərə yol açır. Bu baxımdan şəxsi gigiyena qaydalarında ev təmizliyi ilə yanaşı hər şey nəzərə alınmalıdır. Buna əməl olunarsa orqanizmə təsir edən bioloji, fiziki, kimyəvi təsirlər neytrallaşır, insan sağlamlığı qorunur. Günümüzdə bu istiqamətdə vacib məslələrdən biri də şəxsi gigiyena üçün istifadə olunan antibakterial sabunlardır. Məlumata görə antibakterial sabunlar insanın hormonal tarazlığına təsir göstərir və zənn edildiyi qədər faydalı deyil. Bunu heyvanlar üzərində edilən testlər müəyyən edib. Testlərdə antibakterial sabunların tərkibində hormon tarazlığını pozan “Triclosan“ adlı kimyəvi maddənin aşkar edildiyi bildirilir. Bu maddənin evdəki təmizlik vasitələrində və diş pastasında olduğu deyilir. Edilən araşdırmalara görə anti bakterial sabunların, xəstəliklərə qarşı qorunmada normal sabunlardan bir o qədər fərqi yoxdur. Başqa bir məlumatda paltar təmizliyi istiqamətində mikrobiologiya mütəxəssisləri tədqiqatlar apardıqları bildirilir. Araşdırmalar alt paltarlarının maşında yuyulması zamanı «koli basili» adı verilən qalın bağırsaq bakteriyalarının suya qarışaraq geyimlərə bulaşdığını müəyyən edib. Bu baxımdan mütəxəssislər bildirirlər ki, paltarları yuyaraq təmiz etmək mümkündür, lakin bakteriyaların yayılmasının qarşısını almaq asan deyil. Bunun qarşısını almağın yolu, paltarları 150 dərəcədə yumaq və sürətli qurudan paltar maşınında qurutmaqdır. Qeyd olunan bütün bu məlumatlar bir daha sübut edir ki, şəxsi gigiyena insan sağlamlığının vacib sahələrindən biridir və ona müntəzəm əməl etmək vacibdir. Mənbə:kayzen.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Gigiyena
Baxış sayı: 1170
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN