Evliliyiniz üçün ən təhlükəli dövr

whatsappda paylaş Whatsapp-la göndər
Evliliyiniz üçün ən təhlükəli dövr
Amerikada aparılan bir araşdırmaya görə, evliliyin 10-cu ili cütlüklərin münasibət boyunca özlərini ən bədbəxt hiss etdikləri dövrdür.​ ABŞ-ın Brigham Young Universitetinin psixoloqlarının apardığı araşdırmaya əsasən evliliyin ən təhlükəli dövrü bir çoxlarının düşündüyü kimi münasibətin 7-ci deyil, 10-cu ilidir. Araşdırmada iştirak edən qadınlar 30 ildən çoxdur ki, evli olanlar arasından seçilib. Onlara evlilikləri, münasibətləri ilə bağlı verilən suallar və edilən psixoloji testlər bu qənaətə gəlməyə əsas verib: qadınların evlilikləri ilə bağlı əsas şikayətləri evliliyin 10-cu ilindən sonra başlayır. Bu müddətdən sonra onlar həyat yoldaşları ilə tez-tez mübahisə etməkdən şikayətlənirlər. Ən maraqlı tərəfi isə bu fikirdə olan qadınların demək olar ki, hamısı həyat yoldaşları ilə sevərək evləndiklərini və evliliklərinin ilk illərini olduqca xoşbəxt yaşadıqlarını qeyd ediblər. 10-cu ildən sonra həyat yoldaşları ilə münasibətlərinin korlandığını deyən qadınlar eyni zamanda onu da bildiriblər ki, evliliyin 15-ci ilindən sonra münasibətləri əvvəlki qaydasına düşməyə başlayıb. Mənbə:kayzen.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Psixologiya
Baxış sayı: 1604
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN