SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

PMS sindromu

whatsappda paylaş Whatsapp-la göndər
PMS sindromu
Menstruasiyadan öncəki dövrlərdə özünüzü depresiyyada hiss edirsiz? Əsəbləriniz korlanır? Bədəninizdə şişkinlik hiss edirsiz? Bu suallara cavabınız “hə”dirsə, deməli, siz PMS sindromundan əziyyət çəkirsiz. “Premenstural sindrom” menstrual əvvəli ruhi və fiziki baxımdan qadınların yaşadığı bəzi dəyişiliklərə deyilir. Bu dövr əsasən aybaşıdan 7-10 gün əvvəl başlayar və menstruasiya zamanı bitir. PMS dövrünü bəzi qadınlar çox rahatlıqla, bəziləri də çox ağır keçirir. Bu əlamətlər mensturasiyanın yaxın zamanda olacağının xəbərçisi olmaqla yanaşı, həm də bir çox fiziki və ruhi nizamların dəyişməsinə səbəb olur. PMS dövrü əlamətləri ilə PMS sindromu arasında bəzi fərqlər var. Əgər özünüzü depresiyyada hiss edir, daha əsəbi, küsəyən və duyğusal artım hiss edirsizsə, bu sindrom içində olmanız ehtimalı daha yüksəkdir. PMS sindromunu yaşamanın əsas səbəbləri vitamin və mineral çatışmazlığı, hormonal dəyişikliklər, bədəndə su tutumu və bəzi kimyəvi dəyişikliklərdir. PMS əlamətlərinə fiziki olaraq sinə böyüməsi, həssaslaşması, bədəndə şişkinlik yaranması, qısa müddətdə çəki almaq, qəbzlik, iştahasızlıq və cinsi istək artımı aid edilə bilər. Əgər hər aybaşı zamanı bu əlamətləri yaşayırsızsa, müalicə almanız lazımdır. Mənbə:kayzen.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 1014
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN