loading...

Yapon uşaqlar buna görə ağıllıdır

whatsappda paylaş Whatsapp-la göndər
Yapon uşaqlar buna görə ağıllıdır
Yaponiyada uşaq 5 yaşına qədər Allah, 5 yaşından sonra qul, 15 yaşından sonra isə dostdur. Yaponiyada uşağın tərbiyə sistemi “ikudzi” adlanır. Bu,təkcə bir pedoqoji metod deyil, yeni nəslin təlim-tərbiyəsinə yönəlmiş böyük bir fəlsəfədir. Uşaq – Tanrı – “İkudzi” prinsiplərinə əsasən, uşaq beş yaşa qədər – Allahdır. Ona heç nə qadağan etmir, üstünə qışqırmır, onu cəzalandırmırlar. Onun üçün bu sözlər mövcud deyil: “olmaz”, “pisdir”, “təhlükəlidir”. Körpə öz idrak fəaliyyətində azaddır. Beləliklə, Yaponiyada uşağa 5 yaşına qədər rəsmən hər şey olar. Bununla onların şüurunda yaxşı tərbiyə edilmiş və valideynlərini sevən “Mən” obrazı formalaşdırılır. Uşaq – qul – Beş yaşından sonra uşaq “sərt həqiqətlə” rastlaşır. O, riayət etməli olduğu sərt qaydaların və məhdudiyyətlərin altına düşür. Məsələ ondadır ki, əzəldən yapon cəmiyyəti icmalar halında olub. İctimai maraqlar hər şeydən yüksəkdir. İnsan – mürəkkəb mexanizmin vintidir. Əgər sən insanların arasında öz yerini tapmadınsa, sən lazımsızsan. Uşaq – bərabərdir – 15 yaşından sonra uşaq praktik olaraq, formalaşmış şəxsiyyət hesab edilir. Sonrakı qısa mərhələ isə üsyankarlıq və identikliklə müşahidə olunur. Amma əvvəlki iki mərhələdə təməli qoyulmuş dəyərlər nadir hallarda pozulur.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Psixologiya
Baxış sayı: 3215
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN