SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Noxudlu şorba

whatsappda paylaş Whatsapp-la göndər
Noxudlu şorba
Tərkibi: 350 q noxud 1 iri baş soğan 150 ml zeytun yağı (yaxud başqa bitki yağı) 2 x.q. un cəfəri 0,5 limon duz istiot Noxudu gecədən suda isladın. Hazırlanması: Səhəri gün suyu süzün, noxudu bir neçə dəfə soyuq axar suyun altında yuyun. Aşsüzənə qoyub azca qurudun. Soğanı xırda doğrayıb dərin tavada zeytun yağında qızılı rəng alanadək qovurun. Noxudu əlavə edin, birlikdə bir neçə dəqiqə qovurun, qoz iyi gələndə ocaqdan götürün. Noxudu qazana tökün, üstünə 2 barmaq çıxana qədər su tökün, qaynara düşəndə qazanın qapağını örtün, vam odda 1-1,2 saat bişirin (noxud yumşalanadək). Bişənə yaxın limonun yarısının şirəsini sıxın (bütöv limondan da istifadə etmək olar), 2 x.q. unla eynicinsli kütlə alınanadək qarışdırın. Noxudun bir hissəsini qazandan çıxarın, blenderdən keçirin, qazana qaytarın, unlu limon şirəsini qarışdıraraq əlavə edin, doğranmış cəfəri səpin, daha 5 dəqiqə bişirin, şorbanı ocaqdan götürün. Nuş olsun. Mənbə:kayzen.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 1384
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN