SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Süni mayalanma müalicəsində psixoloji dəstək

whatsappda paylaş Whatsapp-la göndər
Süni mayalanma müalicəsində psixoloji dəstək
Azərbaycanda süni mayalanma müalicələri uzun zamandır həyata keçirilsə də bu çox da geniş əhatəyə yayılmayıb və dolayısı ilə də insanların əksəriyyəti məlumatsızdır. Bu məlumatsızlıq ucbatından da süni mayalanma vasitəsilə övlad sahibi olan ailələr ictimai qınağa tuş gəlirlər, çünki onlara elə gəlir ki, həmin cütlüklər tamamilə kənar bir kişinin sperması vəya başqa bir qadının yumurtalığının mayalandırılması nəticəsində övlad sahibi olmuşdur. Gördüyümüz kimi, uşaq sahibi ola bilməyən evli çütlüklərin yaşadığı çətinliklər qurduğu xəyallarla düz mütənasibdir. Arzular, xəyallar artdıqca çətinliklər də çoxalır. Çünki, uşaqların dünyaya gəlməsi, ailə həyatının tam reallaşması, ailə üzvlərinin sosial cəmiyyətdə formalaşması ilə bir sıra problemlər yaranır ki, bəzən fərdlər bunun öhdəsindən gələ bilmirlər. Və öz çevrələrindən də lazımi dəstəyi görə bilmirlər. Uşaq sahibi olmadan da uzun illər evli olan və bu vəziyyətdən şikayətçi olmayan cütlüklər də var. Lakin bunun əksinə də bu cəmiyyətdə çox rastlaşırıq. Uşaq sahibi ola bilməməkləri onların nəinki ailədaxili münasibətlərinə, hətta iş həyatlarına da ciddi mənfi təsirlər göstərir. Çünki, demək olar ki, addım atdıqları hər mühitdə “niyə uşağınız olmur?” kimi suallara tuş gəlirlər. Və beləcə ana olmaq istəyən qadın həyatı boyu öz fizioloji problemlərindən daha çox bu kimi stresslərə sinə gərməyə məcbur olur. Süni mayalanma evli cütlüklərin hər ikisinin razılığı əsasında həyata keçirilməlidir. Bəs bu razılığa gəlmək məsələsinə cütlüklər öz aralarında nail ola bilirlərmi? Təəssüfki, çox az hallarda. Ölkəmizdəki ailə-qohum münasibətləri bir-birinə çox bağlıdır. Bəzən bu bağlılıq yeni ailə qurmuş gənclərin öz ailə dəyərlərini formalaşdırmasına ciddi maneəçiliklər törədir. Bu da təbbidir ki, cütlüklərin öz aralarındakı münasibətə də yansıyır. Yüksək texniki avadanlıqlarla təchiz edilmiş laboratoriyada həyata keçirilən süni mayalanma üsulu günümüzdə çox asanlaşsa da, yenə də bir qadın ciddi formada depressiya, ümidsizlik, qayğı və qorxular, ağlamaq istəyi, əsəb-gərginlik və xüsusilə də günahkarlıq hissi kimi travmatik problemlər yaşaya bilir. Bəzən tibbi olaraq bütün lazımi müalicələr edilmişdir, lakin qadın yenə də uşaq sahibi ola bilmirsə artıq belə vəziyyətlərdə əsl mühüm olan faktor problemin psixoloji ölçüsüdür. Xülasə olaraq deyə bilərəm ki, süni mayalanma müalicəsinə başladığınız zaman həmin klinikanın psixoloji dəstək təmin edib etmədiyini soruşun, əgər yoxdursa mütləq bir mütəxəssisdən dəstək alın. Bu sahədə çalışan psixoloq sizə: süni mayalanma əməliyyatı zamanı və sonrası sizdə baş verə biləcək fiziki və psixoloji dəyişikliklər haqqında məlumat verəcək, sizi bu müddətə addım-addım hazırlayacaq, sizə kömək edəcəkdir. Tibbi prosedurunuz davam etdikcə də terapiya vasitəsilə vəziyyətinizin yüngülləşməyini təmin edəcəkdir. Çünki süni mayalanma üsulu üçün prosedur başlandığı zaman kəsimi irəlilədikcə insanlar özlərini və duyğularını kontrol etməkdə çətinlik çəkirlər. Və onların bu duyğusal çətinlikləri bu prosesdə onlarla işləyən həkimin işinə də öz təsirini göstərir. Pasient həkimin göstərdiyi yollara, verəcəyi direktivlərə açıq olmalı və izləməlidir. Beləcə ümidlə, səbrlə və fiziki-psixoloji sağlam formada valideyn olma yolunda irəliləyəcəksiniz. Buna mane olan bütün çətinlikləri cəsarətlə aşaraq. Şəbnəm Sadıqova Klinik psixoloq
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Psixologiya
Baxış sayı: 2280
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN