loading...

Bala Ceyran

whatsappda paylaş Whatsapp-la göndər
Bala Ceyran
Bahar mal otarırdı. O, yoldaşlarını səslədi. Mürsəlin tulası hoppana-hoppana onun yanından üzüyuxarı getdi. Bahar kollardan tuta-tuta yuxarı qalxanda tulanın atılıb-düşdüyünü, bir ceyran balasının isə sakit dayanıb yazıq-yazıq baxdığını gördü. Uşaq sevindiyindən bilmədi nə eləsin. İrəli yeridi. Bildi ki,ceyran balası qaç- mağa çalışacaq. O, ceyranın qabağını kəsdi. Ceyran yerindən sıçrayıb quş kimi qalxanda bir ayağı Baharın əlinə keçdi. Uşaq arxası üstə yıxılsa da, ceyranı buraxmadı. Ceyran lap körpə idi. Bahar onun zərif boynunu tumarlamağa başladı. Ceyran mələyirdi. Uzaqdan ona səs verdilər. Balasını səsləyən ana ceyranın səsi Baharın kiçik ürəyini kövrəltdi. O, pıçıltı ilə dedi: Arxayın ol, mən bala ceyranı bəsləyib böyüdəcəyəm. Müəllif: Mir Cəlal (Ana dili dərsliyindən) Mənbə:bebe.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hekayələr
Baxış sayı: 726
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN