SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Sərçə balası

whatsappda paylaş Whatsapp-la göndər
Sərçə balası
Sərçə balasını yuvada qoyub yem dalınca getdi. Sərçə balası çör-çöpdən düzəlmiş yuvada tək qaldı. Birdən bərk külək əsdi. Sərçə balasını yuvadan yerə saldı. O, uça bilmirdi. Axı o bunun üçün hələ çox balaca idi. Sarı pişik fürsəti əldən verməyib, sərçə balasının üstünə şığıdı. Sərçə balası özünü tələsik bir bağçaya saldı. İsti bir tərəfdən, qorxu bir tərəfdən onu əldən salmışdı. Ürəyi elə döyünürdü ki, elə bil indi yerindən çıxacaq. Bağçada - çiçəklərin arasında qəşəng bir qız oturmuşdu. Elə özü də çiçəyə bənzəyirdi. «Qızcığaz» acıqlı - acıqlı çəpərdən bağçaya boylanan pişiyi qovdu. Sərçə balasının dimdiyinə su damcılatdı. Sərçə özünə gələndən sonra Qızcığaz onun üçün torpağa çörək qırıntıları səpdi. Sərçə çörək qırıntılarını dənləyib, çiçəklərin arasında o baş-bu baş gəzməyə başladı. Günlər beləcə keçirdi. Qızcığaz sərçəni pişikdən qoruyur, hər gün ona dən və su verirdi. Qızcığaz artıq sərçə balasına yamanca öyrəşmişdi. Bir səhər Qızcığaz yenə bağçaya getdi. Nə qədər axtardısa da, sərçəni tapa bilmədi. O, düşünürdü ki, pişik sərçə balasını yeyib. Ona görə də çox məyus olmuşdu. Bağçada oturub,sərçə üçün göz yaşı axıdırdı. Qızcığazın səsini duyan bağban ona yaxınlaşdı. - Çiçək balam, şəkər balam, niyə ağlayırsan? - Niyə ağlamayım, ay baba, sarı pişik, gombul pişik sərçə balasını yedi. Gərək mən onu evimizə aparardım! - Yox, mənim əziz balam, sərçə balasını pişik yeməyib! - Bəs onda o hanı?! - O, öz sərçə dostlarının yanına uçub, getdi. Qızcığaz gülümsədi, gözünün yaşını balaca totuq əlləri ilə sildi. O gündən Qızcığaz sərçə balasının yolunu gözləməyə başladı. O, inanırdı ki, sərçə balası nə vaxtsa qayıdacaq.Həmişə bağçadakı alma ağacının budaqlarına qonan sərçələr arasında “sərçə balası”nı axtarırdı. Ona elə gəlirdi ki, o tanımasa da, “sərçə balası”onu görən kimi tanıyacaq, gəlib onun çiyninə qonacaq. Mənbə:bebe.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hekayələr
Baxış sayı: 1231
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN