SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Bitkilərlə dəriyə təbii qulluq

whatsappda paylaş Whatsapp-la göndər
Bitkilərlə dəriyə təbii qulluq
Tərəvəzlər bədənimizə olduğu qədər dərimiz üzərində də müsbət təsirlərə sahibDİR. Hazırlanması çox asan olan bu maskaları tətbiq edərək hamar və sağlam bir dəriyə qovuşa bilərsiniz. 1. XİYAR MASKASI : Qabıqları soyulmuş yarım xiyar, bir fincan düyü unu birlikdə on dəqiqə bişirilİr. Əldə edilən qarışığa yarım fincan alma suyu, bir xörək qaşığı zeytunyağı əlavə edilərək krem halına gətirilər. Təsiri : Üz və boyuna tətbiq olunan bu maska dərinin canlı və sağlam görünməsini təmin edər. Üzdə yarım saat gözlətdikdən sonra ilıq su ilə yuyunar və gül suyu sürtülər. 2. BAL MASKASI : Yarım fincan limon suyu, bir xörək qaşığı zeytunyağı, 0.5 x.q qaşığı bal və çyumurta sarısı ilə qarışdırılır.. Maska konsistensiyasına gələnə qədər çovdar unu əlavə olunur. Təsiri : Üzdəki çöküntü və qırışıqlıqların aradan qaldırılmasına kömək edir. Bu maska bir həftə tətbiq olunmalıdır. Üzdə bir saat qalmalıdır. 3. YUMURTA MASKASI : İki ovuc buğda, iki stəkan suda əzilər. İki yumurta sarısı və bir xörək qaşığı badam yağı əlavə edilir. Üzə sürtülür və qurumağa başlayınca yuyub gülsuyu sürtülür. Təsiri : Qırmızı ləkələrin və sızanaqların aradan qaldırılmasını təmin edir. Səhər və axşam olmaq üzrə gündə iki dəfə tətbiq olunar. Bu maska şampun olaraq istifadə edilə bilər, saçların parlamasını təmin edər. 4. Göy noxud MASKASI : İki su stəkanı təzə göy noxud, əzildikdən sonra üzüm bəkməzi ilə qarışdırılar. Yumurta ağı və yarım fincan bitki yağı əlavə edilər. Bir miqdar un qoyularaq maska konsistensiyasına gələnə qədər qarışdırılar. Təsiri : Bədən toxuması üzərində parlaqlıq təmin edər, gecə yatmadan tətbiq olunmalıdır. Səhər dəri təmizlənər. 5. ÇİYƏLƏK MASKASI : Bir ovuc təzə çiyələk əzilib, çovdar unu ilə qarışdırılır. Bir ədəd yumurta sarısı ilə iki xörək qaşığı qatıq çırpılar, krem konsistensiyasına gətirilər. Təsiri : Quru dərilər üçün bəsləyici olan bu maska 20 dəqiqə dəridə qaldıqdan sonra ilıq su ilə yuyulur. Çiyələk maskası xüsusilə gözaltlarındaki qırışıqlıqların azalmasında əhəmiyyətli rol oynayar. 6. BADİMCAN MASKASI : Dilimlənmiş yarım badımcan iki stəkan suda qaynadılar. Hazırlanan qarışığa bir diş sarımsaq əlavə olunaraq sıyıq halına gətirilər. Bu qarışıq iki ay boyunca hər gün təkrarlanmalıdır. Təsiri : Bədəndəki mikrobları təmizləmədə və üzə canlı bir görünüş qazandırmada təsirlidir. 7. QAYISI MASKASI : Dəfnə yarpağı, bir az tarçın ərik suyunda bişirilir. Bir ədəd yumurta və yarım fincan süd qarışdırılaraq krem halına gətirilər. Təsiri : üzdəki sızanaqları aradan qaldırmaq və bədənə tazəlik qazandırar. Saça tətbiq olunduğunda tökülməyi dayandırar və saçın gec ağarmasını təmin edər.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 6293
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN