SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Uşağın boyu niyə uzanmır?

whatsappda paylaş Whatsapp-la göndər
Uşağın boyu niyə uzanmır?
Valideynlərin əksər hissəsi uşaqlarının ucaboy olmasını istəyir. Lakin bu hər zaman mümkün olmur. Uşağın boy atması nədən asılıdır? 1. Uşağın boyu əsasən genlərdən asılıdır. Boyu kiçik olan valideynlərin uşaqları da əksər hallarda hündür olmur. 2. İnsan orqanizmində xüsusi "somatotropin" hormonu var ki, bu hormon sümük toxumasının əmələ gəlməsini stimullaşdırır və nəticədə uşaqda boy atma prosesinə təsir edir. Bundan əlavə bu hormon əzələ toxumasının artmasına təsir edir. Bəzən uşqların orqanizmində bu hormon çatışmır və nəticədə uşağın boyu normal uzanmır. Bu səbəbdən uşaqda boy atma ləngiyirsə, onu mütləq endokrinoloq müayinə etməlidir. 3. Düzgün tamdəyərli qidalanma uşağın boy atmasına təsir edir. Elmi cəhətdən sübut olunub ki, uşaq orqanizmində boy atması hormonunun ifrazını zülallı qidalar stimullaşdırır, qlükoza isə əksinə ləngidir. Bu səbəbdən uşağın rasionunda kəsmik, ət, yumurta kimi məhsulların miqdarını artırmaq, şirniyyatların miqdarını isə azaltmaq lazımdır. Boy atma prosesinə həmçinin A vitamini (kök, balıq, qara ciyər, göyərti), B vitamini (kərə yağı, süd, yumurta, qoz), kalsium (süd məhsulları), fosfor (balıq) təsir edir. 4. Coqrafi mühit, iqlim də uşağların boy atma prosesinə təsir edir. Şimal ölkələrində yaşayan insanlar, cənub ölkələrində yaşayan insanlarla müqayisədə daha ucaboy olur. Alimlər sübut edib ki, gün şüaları insanda boy atma prosesini sürətləndirir. Lakin gün şüaların "artıqlığı" əksinə bu prosesi ləngidir. 5. Həkimlər uşağın boyunu onun sağlamlığının "indikatoru" kimi qiymətləndirirlər. Sağlam uşaq daha tez uzanır, hər hansı xəstəliyi (xüsusilə ciddi xroniki xəstəliyi) olan uşaq isə əksinə daha gec uzanır. Boy atma prosesi bir çox xəstəliklər zamanı ləngiyir. Anemiya, bağırsaqda sorulma proseslərin pozulmaları, tez-tez təkrarlanan nəfəsalma sistemi xəstəlikləri, ürək qüsurları, böyrək və qara ciyər funksiyalarının pozulmaları uşaqda boy atma prosesini müvəqqəti olaraq ləngidə bilər. Uşaq sağaldıqdan sonra isə uşaq daha tez uzanmağa başlayır. 6. Uşağın psixoloji durumu da boy atma prosesinə təsir edir. Uzunmüddətli stress zamanı boy atma hormonun ifrazı azalır və uşaqlar uzanmır. Bu səbəbdən ailədə uşaq üçün müsbət psixoloji şərait yaratmaq çox vacibdir. Nəzərinizə çatdıraq ki, oğlanlarda boy atma prosesi təxminən 19-21 yaşlar arası, qızlarda isə daha tez 17-19 yaşlar arası bitir. Mənbə:saglamolun.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 1075
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN