SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Hamiləlikdə saç boyamaq zərərlidir?

whatsappda paylaş Whatsapp-la göndər
Hamiləlikdə saç boyamaq zərərlidir?
Saça qulluq zamanı istifadə olunan boyalar və digər kimyəvi maddələr hamiləlik dövründə narahatlıqlara səbəb olur. Saçın rəngini açmaq üçün hidrogen peroksiddən və saçı düzləşdirmək üçün digər kimyəvi maddələrdən istifadə olunur. Saç baxım prosesində istifadə olunan kimyəvi formullar tez-tez dəyişdirilir. Bu maddələrin hamilələrə olan təsiri yoxlanılmadan bazara çıxarılır. Bu səbəbdən də həmin maddələrin hamilələrə necə təsir edəcəyi məlum deyil. Saç baxımı zamanı istifadə edilən kimyəvi maddələr dəri tərəfindən az miqdarda əmilir və bədənə daxil olur. Az miqdarda olduğu üçün uşağa təsir etmə ehtimalı azdır. Düzləşdirmə, saçları burma zamanı istifadə olunan kimyəvi maddələr baş dərisində qıcıqlanma yarada bilər, amma bədənin digər yerlərində böyük problem yaratmaz. Saç boyanması zamanı sadəcə az miqdarda dəriyə daxil olması hamiləliyə təhlükə yaratmasa da, ehtiyatlı olmaq lazımdır. Bir çox həkim məsləhət görür ki, hamiləliyin ilk üç ayında qalıcı boyalardan istifadə olunmasın. Qalıcı saç boyalarının tərkibində güclü kimyəvi maddə olan ammonyak var. Saç boyanarkən boyanın ətrini udmaq inkişafda olan uşağa böyük zərər verə bilər. Buna görə də ammonyak tərkibli boyalarda istifadədən uzaq durmaq lazımdır. Saç düzləşdirməsi zamanı bəzi kimyəvi maddələr nəfəs yolu ilə bədənə daxil ola bilər. Yarı qalıcı boyalar və refle hamilələr üçün daha etibarlıdır. Refle aliminium kalka ilə saça sarıldığı üçün dəriyə təması olmur. Hamiləlik zamanı etibarlı saç boyama üsullarından biri bitki köklü xınalardır. Diqqət edilməsi lazım olan məsələlər: 1. Hamiləliyin ilk üç ayında saç boyama, saçın rənginin açılması, düzləşdirmə edilməməlidir. 2. Saç üçün edilən baxım havalandırma sistemi daha yaxşı olan yerdə edilməlidir. 3. Prosedurdan əvvəl və sonra lazımsız yerə salonda durmağa gərək yoxdur. 4. Saça vurulan kimyəvi maddələr lazım olan vaxtdan artıq gözlədilməməlidir. 5. Prosedurdan sonra baş dərisi bol su ilə durulanmalıdır. Kimyəvi maddələrdən istifadə edərkən əlcək geyinilməlidir. 6. Maddələrdən istifadə qaydaları diqqətlə oxunub əməl olunmalıdır. Həssas və allergiyası olan şəxslər kimyəvi maddələrdən istifadə etmədən öncə allergiya testi olunması məsləhətdir. Yarı qalıcı boyalar Bu boyalar həm qadınlar, həm də kişilər tərəfindən istifadə oluna bilər. Saçlardakı ağ tükləri asanlıqla örtür və digər rəng fərqliliklərini aradan qaldırır. Dörd və ya beş dəfə yuyulmadan sonra axıb gedərək təsirini itirir. Saç rəngini açmaqda deyil, amma açıq və tünd rəngli kölgə etmək üçün boyaya ammonyak və ya peroksid tərkibli maddə əlavə oluna bilər. Şampunla ən az 10 dəfə yuyulduqdan sonra saçınız əvvəlki rənginə geri qayıdacaq. Refle Refle ilə sadəcə saçın istədiyiniz bir hissəsi boyanır. Müxtəlif tonlarda saçlar üzərinə bərabər olaraq kiçik hissələrlə, saçın 1 ilə 6 tonu arasında saça həcm, parlaqlıq, dolğunluq vermək məqsədi ilə edilən rəngləndirmədir. Saç uclarındakı rəngi açmaq üçün xüsusi kiçik deşikli başlıqlardan istifadə olunur. Saçlar bu deşiklərdən çıxarılır və boyanır. Refleli saçlar üçün qaydalar Saçlarınız tünd sarı və ya qəhvə rəngindədirsə, refle üçün qızılı və ya məxməri rəngi seçin. Qumralsınızsa, yenə qızılı və ya çiyələk rəngi seçin. Reflelərinizi bir-birinə çox yaxın yerləşdirməməyə çalışın. Dərininizin rəngini daha açıq göstərmək üçün saçın önünə bir refle əlavə edin. Saçınızı daha dolğun göstərmək üçün reflelərinizi saç kəsiminiz yönündə fırçalayın. Saçınızı daha incə göstərmək üçün reflenizi qarışdıraraq darayın. Qat-qat kəsimi refleli saçlar üçün ən uyğun stildir. Saçlarınız tez-tez nəmləndirin, lakin isti yağlardan istifadə etməyin. Bu, saçların rəngini açır. Mənbə:Aile.lent.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 2271
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN