SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

İş görüşməsinə gedərkən hansı rəngdə geyinməli?

whatsappda paylaş Whatsapp-la göndər
İş görüşməsinə gedərkən hansı rəngdə geyinməli?
İş görüşməsinə gedərkən yanınızda hansı sənədləri aparacağınızı dəqiq bilirsiniz. Hətta bir az araşdırdıqdan sonra şıq kostyum və ya sadə, klassik kəsimli don geyinməli olduğunuza da qərar vermisiniz. Ancaq unutmayın ki, iş görüşməsi zamanı geyindiyiniz libas qədər, onun rəngi də önəmlidir. İşə qəbul olunmaq şansınızı artıracaq rənglər: Ən yaxşı seçim göydür Tünd-göy rəngdə, sadə paltarla iş görüşməsinə getməyinizi tövsiyə edirik. Çünki bu rəng qarşıdakı insana güvən verir. Yəni üzərində göy rəngi görən işəgötürən avtomatik olaraq sizə inanmalı olduğunu düşünür. Qəhvəyi rəng Qəhvəyi rəng də iş görüşməsi üçün uyğundur. Ancaq bu rəngin bir mənfi tərəfi var ki, sizi olduğunuzdan yaşlı və zövqsüz göstərə bilər. Ona görə də qəhvəyi rəng geyinməyə qərar vermisinizsə, ən müasir kəsimli modelləri seçin və dəbli aksessuarlarla stilinizi tamamlayın. Qara Əgər yuxarı mövqelər üçün iş görüşməsinə gedirsinizsə, qara ən doğru rəng seçimi olacaq. Ancaq assistentlik kimi daha aşağı mövqelərdəki vəzifələr üçün qara geyinməyə ehtiyac yoxdur. Həmçinin qara geyinərkən ayaqqabı ilə paltarınızın qaranın eyni çalarında olmasına diqqət edin. Biri açıq, digəri daha tünd tonda olduqda ortaya xoş olmayan görüntü çıxa bilər. Qırmızı İş görüşməsinə gedərkən qırmızı rəngdə geyinmək hər qadının cəsarət edəcəyi iş deyil. Ancaq satış meneceri kimi vəzifələr üçün bu rəng uyğundur. Nə qədər aktiv və enerjili olduğunuzu göstərmək istəyirsinizsə, qırmızı rəngi seçə bilərsiniz. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 851
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN