SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Ağarmış saçlara qarşı soğan maskası

whatsappda paylaş Whatsapp-la göndər
Ağarmış saçlara qarşı soğan maskası
Yaş irəlilədikcə saçlardakı ağ tellər daha çox gözə dəyir. Qocalığın əlamətləri arasında olan ağ tellər bəzi insanlarda hətta psixoloji problemlərə də yol aça bilir. Bəs saçlar ağarmağa başlayıbsa nə etməliyik? Bununla necə mübarizə aparmalıyıq? Ağ tellər üçün soğan maskasını təqdim edirik: Ərzaqlar: 3 ədəd orta boy baş soğan 1 stəkan su Sirkəli su Hazırlanması: 3 ədəd orta ölçülü quru soğanı blenderdən keçirin. Bir kasaya töküb soğanların üzərinə 1 stəkan su əlavə edərək qarışdırın və püre halına gətirin. Hazırladığınız bu soğan maskasını saç diblərinə masaj edərək çəkin. Saçlarınıza sürtdükdən sonra 1 saata yaxın gözləyin. Daha sonra sirkəli su ilə saçlarınızı masaj edərək yuyun. Soğan maskasını 2 həftə olmaqla 6 dəfə tətbiq edin. Zamanla saçlarınızın təbii rənginə döndüyünü hiss edəcəksiniz. Bu maska baş dərisində iltihab olan şəxslərə də kömək edəcək. Təbii antibiotik olan soğan sayəsində bu dərddən də xilas olacaqsınız. Mənbə:Publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 1548
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN