SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Gözaltı kölgələri yox edən pomidor maskası

whatsappda paylaş Whatsapp-la göndər
Gözaltı kölgələri yox edən pomidor maskası
Demək olar ki, yaşından asılı olmayaraq qadınların 90 faizi gözaltı kölgələrdən əziyyət çəkir. Bir çox kosmetika məhsullarına sərvət xərcləyərək bu kölgələri gizlətməyə çalışırlar. Gözaltı kölgələr bir çox səbəbdən yarana bilər. Yorğunluq, yuxusuzluq və sağlam qidalanmamaq ən çox rast gəlinən səbəblər arasındadır. Türkiyəli həkim Şərafətdin Saraçoğlu yuxu rejiminə, qidalanmasına fikir verdiyi halda bu problemdən xilas ola bilməyənlər üçün möcüzəvi maska resepti verib. O, maskanın tərkibindəki pomidorun gözaltı kölgələri qısa zamanda aradan qaldırdığını bildirib: “Pomidorun tərkibindəki C, A vitaminləri, fosfor, kalsium mineralları və likopen maddəsi kölgələrin yox olmasını təmin edir”. Həmin maskanın reseptini təqdim edirik: Bir ədəd pomidoru sürtgəcdə rəndələyin və ya blenderdən keçirin. Üzərinə yarım çay qaşığı limon şirəsi və yarım çay qaşığı sarıkök əlavə edib qarışdırın. Daha sonra 1 -2 çay qaşığı bütöv dənli buğda unu da əlavə edin. Maskanı 2-3 dəqiqə qarışdırın. Göz ətrafına çəkib 15-20 dəqiqə gözləyin. Vaxt bitdikdən sonra həmin bölgəni su ilə təmizləyib qurulayın. Dərhal göz kreminizi çəkin. Bu proseduruı həftədə 3-4 dəfə təkrarlaya bilərsiniz. Mənbə:Publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 1084
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN