SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Qadınların yaşını ələ verən 7 bədən üzvü

whatsappda paylaş Whatsapp-la göndər
Qadınların yaşını ələ verən 7 bədən üzvü
Bir qadın yaşını nə qədər gizləməyə çalışırsa çalışsın, bədəndə əsla yalan söyləməyən, insanın yaşını ələ verən bölgələri vardır. Keçən illərin buraxdığı yaşlılıq izləri, bu bölgələrdə özünü müəyyən edər. Xüsusilə 7 hissə var ki, bu bölgələrdəki deformasiyalar, yaş mövzusunda qarşıdakı insanı heç yanıltmazlar. Bu bölgələrin başında da dirsəklər, əllər və ayaqlar gəlir. Çox vaxt bu bölgələrdə estetik müdaxilələrlə yaşlılıq izləri yox edilə bilər. Yaxşı bəs tək həll, estetik cərrahiyyədirmi? Təbii ki, xeyr. Doğru və nizamlı olaraq bu bölgələrdə edəcəyiniz qulluqlarla, yaşınızı müəyyən edən bölgələrinizi illər əvvəlinə döndürə bilərsiniz. Məhz o 7 bölgə və bu bölgələrə tətbiq olunan yaşlanma əleyhdarı baxım təklifləri ... 1- ƏLLƏR. Bunu unutmayın ki, əllər yaşı ortaya çıxaran ən əhəmiyyətli bölgədir. Əllər, davamlı olaraq çöldə olduğu üçün, soyuq, günəş, külək ... və s. xarici bütün faktorlara məruz qaldığından ən tez qocalan bölgələrdən biridir. Buna görə əllərdən qulluq və diqqəti əskik etməmək lazımdır. HƏLL. Üzünüzə və bədəninizə necə günəş kremi sürtüb günəşdən qorumağa çalışırsinizsa, çölə çıxarkən əllərinizin üzərinə də qoruyucu krem sürtməyə laqeyd yanaşmayın. Əllərdəki dəri, nazik və incə quruluşa malik olduğundan, günəş də daxil olmaqla, çöldəki bütün mənfiliklərdən təsirlənir. Bu mənfi təsirlərin qarşısını almaq üçün əllərinizi qoruyucu kremlərlə qorunmaya almalısınız. 2- BOYUN. Boyun dərisi də, əllər kimi incə quruluşa malikdir. Buna görə, UV şüalarına qarşı bir xeyli zəifdir və əgər lazım olan diqqət göstərilməzsə irəliləyən zaman içində bu bölgədə sallanmalar və qırışlar meydana gəlməsi qaçınılmazdır. HƏLL. Üz bölgənizdə istifadə edilən dəri baxım məhsullarını, boyunuza da tətbiq etməyə laqeyd yanaşmayın. 3- DİRSƏKLƏR. Dirsəklər, gün boyu bir çox iş edilərkən, dəstək alınan bir bölgə olmasına baxmayaraq, baxımına laqeydlik edilən bölgələrdəndir. Dirsəklərdəki dəri, elastik bir quruluşa sahib olsa da zamanla deformasiya olur. HƏLL. Dirsək dərisində yaranan sallanmaları təkrar yığışdırmaq çox təəssüf ki, mümkün deyil. Ancaq, nizamlı olaraq nəmləndirici istifadə etmək, dəridəki qurumaların qarşısına keçə bilər. 4- SİNƏ DEKOLTESİ. Sinənizin üstündə heç bir zaman qırış və ləkə görmək istəmədiyinizi yaxşı bilirik. Lakin günəşə ən çox məruz qalan bölgələrdən biri sinəniz olduğundan, günəşin zərərlərindən ən çox təsirlənəcək bölgələrinizin biri də dekolte bölgəniz olur. HƏLL. Havanın günəşli ya da günəşsiz olması fərq etməz, əgər çölə çıxdığınızda sinə dekolteniz açıqda qalırsa, günəş qoruyucu kreminizi dekoltenizə də sürtməyi unutmayın. 5- AYAQLAR. Bütün ağırlığımızı daşıyan, ayaqqabıların içində sıxılıb qalan ayaqlarımıza, əslində haqsızlıq edirik. Çünki onlara lazım olan əhəmiyyəti vermədiyimizdən, ayaq dərisi isti və soyuqdan təsirlənir, quruyub, çatlayır. HƏLL. Bunun ən asan həlli nizamlı ayaq baxımı meydana gətirməkdən keçir. Ayaqlarınızı nəmləndirib günəş şüalarından qoruduğunuzda, onlar da sizin yaşınızı ələ verməyəcək. 6- DİZLƏR. Illər keçdikcə dizlərin üzərindəki dəri, elastikliyini itirib narahatedici, sallanan, qaralmış bir görünüşə səbəb ola bilər. HƏLL. Dizlərinin yaşınızı ələ verməməsi üçün, dizləri gücləndirici məşqlər etməyi sınaya bilərsiniz. Xüsusən möhkəmləşdirici kremlər vasitəsilə problemli sahələrin qırışmasının, qaralamasının qarşısını alın... 7- SAÇLAR. Yalnız ağaran saçların, yaşlı göstərəcəyi kimi bir düşüncəyə qapılmayın. İllərlə günəş, boya, düzləşdirmə və ya qıvırma kimi istilik verən, zəiflədən əməliyyatlara məruz qalan saçlarımız, zamanla keçmiş sağlamlığını itirir. Çünki bütün bu əməliyyatlar saç toxumalarına zərər verir və bu da xarici görünüşdə əks olunur. HƏLL. Yumşaq saçlara çatmanın yolu, onu nəmləndirməkdən keçir. Mat və cansız görünən saçlardan xilas olmaq üçün, saç kremi, maska və serum kimi məhsullar istifadə edərək saçınızın yaşınızı ələ verməsinə maneə törədə bilərsiniz. Mənbə:azadqadin.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 3130
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN