SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Düşüncənin gücü ilə sağalmağın sadə üsulları

whatsappda paylaş Whatsapp-la göndər
Düşüncənin gücü ilə sağalmağın sadə üsulları
Adətən hər hansı kiçik narahatlıq zamanı belə dərhal dərmana əl atır və aptekə qaçırıq... Ağrıları azaltmağın başqa yolları barədə az düşünürük. Bəs özünüzü yaxşı hiss etmək üçün düşüncənin gücünü sınaqdan keçirmək heç ağlınıza gəlibmi? 1. Başağrıları Rahat bir stula əyləşin və əlinizə keçən il yayda çəkilmiş bir foto götürün. Bu, gözəl mənzərə şəkli ola bilər. Şəkilə diqqətlə baxın, bütün detalları hafizənizdə saxlamağa çalışın, sonra gözlərinizi yumun və özünüzü də bu mənzərəyə daxil edərək gördüklərinizi yenidən xəyalınızda canlandırın. Təsəvvür edin ki, dənizkənarında (ləpədöyəndə) uzanmısınız, gələn dalğalar isə sizin ağrılarınızı yuyaraq dənizin uzaqlıqlarına aparır. 2. Daxili narahatlıq / gərginlik Okeanın ortasında kiçik qayalıq ada, özünüzü isə bu adanın zirvəsində hündür, yerini rahatlamış mayak olaraq təsəvvür edin. Mayakın divarları elə qalın və möhkəmdir ki, hətta güclü küləklər də onu silkələyə bilməz. Yaxşı və pis havada siz gəmilərə yol göstərərək onlara güclü işıq şüası göndərirsiniz. İndi isə özünüzdə heç vaxt sönməyən daxili işıq mənbəyini hiss etməyə çalışın. 3. Stress Siz incimisiniz və hansısa situasiyadan çıxış yolu görmürsünüz? Düşünün ki, siz yazıçısınız, sizə rahatlıq verməyən epizod isə sadəcə olaraq ədəbi qəhrəmanın həyatından bir səhifədir. Bunu birinci şəxsin dilindən kiçik hekayə şəklində kağıza yazın. Bütün hadisələri ən kiçik xırdalıqlarına kimi təsvir edin və mümkün qədər dəqiqliklə dialoqları qurun. Öz hisslərinizi ifadə edin. Sonra bu hekayəyə uğurlu alınmamış qaralama kimi baxın. Onu yenidən, olmasını istədiyiniz kimi yazın. Mənfi obrazların davranışlarının motivlərini anlamağa çalışın, onların halına acıyın və onları bağışlayın. Yeni dialoqlar qurun. İndi nə hiss etdiyinizi deyin. Sizi təmin edəcək yeni final (sonluq) və hadisələrin həllini düşünün. Depressiya keçib gedəcək. 4. Yaşla bağlı problemlər Bədən quruluşunuzun 5-10 il əvvəl çəkilmiş ən uğurlu fotoşəklini tapın. Gözlərinizi yumun və xəyalınızda bu fotoşəklin çəkildiyi anı – belə gənc, incə, gözəl və xoşbəxt olduğunuz anı canlandırın. Sizin şüuraltınız bu obrazı qəbul edəcək və orqanizminizi bu obraz altında köklənməyə məcbur edəcək. Beləliklə də yağ hüceyrələri əriyəcək və üzdəki qırışlar azalmağa başlayacaq. 5. Qırışlar Düşüncənin gücü ilə qırışları hava və günəş işığı vasitəsilə hamarlamağa çalışın, onları dəriyə hopdurun və hər hüceyrənin gəncləşərək və dartılaraq parlaq günəş işığına doğru necə meyil etdiyini hiss edin. 6. Soyuqdəymə Xəyalınızda parıldayan qar dənəcikləri ilə örtülmüş dağın zirvəsinə çıxdığınızı düşünün, dərindən nəfəs alaraq bütün köksünüzlə təmiz şaxtalı havanı içinizə çəkin. Bu psixoloji möhkəmlənmə seansından sonra virusların sizə qalib gəlməsi çətin olacaq. Sağlam olun və qoy sizin bütün düşüncələriniz də sağlam olsun! Mənbə:saglamolun.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Psixologiya
Baxış sayı: 955
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN