SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Uşaqlıq yolundan qeyri-təbii ifrazatlar. Səbəblər

whatsappda paylaş Whatsapp-la göndər
Uşaqlıq yolundan qeyri-təbii ifrazatlar. Səbəblər
Qadınlarda uşaqlıq yolundan az miqdarda selikli, rəngsiz və iysiz (bir qədər turş iy ola bilər) ifrazatların olması norma sayılır. Bu qadın cinsiyyət sisteminin normal fəaliyyətinin göstəricisidir və heç bir xəstəliyin əlaməti deyil. Bu bioloji maddədir, təbii ifrazatlardır. Gün ərzində ifrazatların miqdarı 1-5 ml ola bilər. Menstrual dövr ərzində bu ifrazatlar dəyişilir. Menstrual dövrünün əvvəlində ifrazatlar az miqdarda, şəffaf və su kimi olur. Menstrual dövrünün ortalarında (ovulyasiyaya yaxın dövrdə) daha qatı olur, çiy yumurtanın ağına bənzəyir. Bu ifrazatlardan qadınlar ovuluasiyanın yaxınlaşmasını müəyyən edir. Bu dövr hamilə qalmaq üçün ən uğurlu dövrdür. Menstruasiyaya yaxın ifrazatlar daha da qatı, kremə bənzər konsistensiyasında, ağımtıl, bir qədər turş iyli olur. Normada belə olmalıdır. Lakin bəzən qadınları qeyri-təbii ifrazatlar narahat etməyə başlayır - iyli, qaşındıran, qanlı, qəhvəyi, yaşılaçalar və s. Belə ifrazatlar qeyri-təbii sayılır və hər hansı xəstəliyin və ya pozulmanın əlaməti kimi meydana çıxır. Belə ifrazatların səbəblərini izah edək. Qəhvəyi ifrazatların səbəbləri: - Hamiləliyin qarşısını alan həblər (ilk aylarda) və ya "spiral". - Hormonal pozulmalar. - Uşaqlıq boynu eroziyası. - Endometrioz xəstəliyi belə ifrazatların ən yayılmış səbəbi sayılır. - Mioma. - Xroniki endometrit (uşaqlığın selikli qişasının iltihabı). - Poliplər (xoşxassəli törəmələr). Poliplər xərçəngə keçə bilər. Bu səbəbdən polipi olan qadına həkim nəzarət etməlidir. - Bəzən qəhvəyi ifrazatlar qadın cinsiyyət sisteminin onkoloji xəstəlikləri fonunda əmələ gəlir. - Uşaqlığın hiperplaziyası (ciddi xəstəlikdir, hiperplaziya fonunda xərçəngin inkişaf etməsi riski çox böyükdür). - Uşaqlıqdan kənar hamiləlik. - Menopauza (klimaks) dövrünə daxil olan qadınlarda ciddi hormonal dəyişikliklər fonunda mümkündür. - Hamiləlik zamanı bu döl yumurtasını qopmasına işarə edə bilər. Dərhal həkimə müraciət etmək lazımdır. Köpüklü, iyli, sarı və ya yaşılaçalar ifrazatların səbəbləri: - Əksər hallarda bunun səbəbi cinsi yolla keçən infeksiyadır (xlamidioz, süzənək, trixomoniaz). Bu infeksiyalar ciddi iltihabların inkişafına və sonsuzluğa səbəb ola bilər. Kəsmiyə bənzər, ağ ifrazatların səbəbləri: - Göbələk infeksiyası. İfrazatlar qaşınmaya, diskomforta səbəb olur. Menstruasiyalar arası qanlı ifrazatların səbəbləri: - Hamiləliyin qarşısnı alan həblərin qəbulu (adətən ilk aylarda baş verir), "spiral". - Cinsiyyət sisteminin iltihabları (endometrit, servisit). - Digər qadın cinsiyyət sistemi xəstəlikləri (mioma, endometriumun hiperplaziyası, endometrioz). - Qadın cinsiyyət sisteminin onkoloji xəstəlikləri (xərçəng). - Hamiləlik zamanı belə ifrazatlar hamiləliyin pozulmasına, uşaqlıqdan kənar hamiləliyə işarə edə bilər. Beləlikllə, qadınlarda qeyri-təbii ifrazatlar bəzən çox ciddi xəstəliklərin əlaməti kimi meydana çıxır. Bu səbəbdən belə ifrazatlar meydana çıxdıqda qadın vaxt itirmədən ginekoloqa müraciət etməlidir. Mənbə:Saglamolun.Az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 5277
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN