SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Duz ana olmaq şansını azaldır

whatsappda paylaş Whatsapp-la göndər
Duz ana olmaq şansını azaldır
Sağlamlığın düşməni elan edilən duz haqqında alimlər daha bir xəbərdarlıq ediblər. Aparılan son araşdırmalar duzdan normadan artıq istifadə edənlərin sonsuzluq problemi ilə üzləşə biləcəyini göstərib. Duz xüsusilə də qadınlara pis təsir göstərir. Belə ki, qadının ana olmaq şansını azaldır. Uşaqlıqdan etibarən normadan artıq duz qəbul edənlərdə isə yetkinlik dövrü gecikir. Belə ki, normal insanlarda 13 yaşına kimi yetkinliyin əlamətləri olan döşlərin iriləşməsi, bəzi bölgələrdə tüklərin çıxması kimi hallar müşahidə edildiyi halda, duzdan çox istifadə edənlərdə bu proseslər 16-17 yaşına kimi gecikə bilir. Bu da bir sıra sağlamlıq problemlərinə gətirib çıxarır. Duz hormonlara da mənfi təsir edir. Qadınlarda yumurtalığın funksiyasını pozur. Dünya Səhiyyə Təşkilatı gündəlik duz ehtiyacının 5 qram olduğunu açıqlayıb. Süd, qaymaq və yumurta kimi qidalar təbii halda duz ehtiva edirlər. Ona görə də əlavə olaraq duzdan istifadəyə ehtiyac yoxdur. Mütəxəssislər insanların hazır qidalardan və çörəkdən çox istifadə etdikləri üçün həddən artıq duz istehlak etdiklərini bildirirlər. Meyvə və tərəvəzlə qidalanaraq bu təhlükənin qarşısını almaq olar. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 1299
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN