loading...

Əsl insan necə olmalıdır

whatsappda paylaş Whatsapp-la göndər
Əsl insan necə olmalıdır
Sinifdə sakitlikdi. Uşaqlar “Əsl insan necə olmalıdır” mövzusunda inşa yazırlar. Lalə ilə Rəşad yanaşı oturub. Lalə əlaçıdır. O, tez inşanı yazır. Yarıya çatanda Rəşaddan soruşur: - Niyə yazmırsan? -Özümü pis hiss edirəm, yaza bilmirəm, ürəyim sıxılır, gözləyirəm keçsin. Lalə müəllimədən icazə alır, gedib Rəşada su gətirir. Rəşad suyu içəndən sonra özünə gəlir və inşanı yazmağa başlayır. Az sonra tənəffüs olduğundan hər ikisinin yazısı yarımçıq qalır. Səhər qiymətlər oxunanda Lalənin gözləri dolmuşdu. Elə bilirdi ki, müəllimə onun pis qiymət aldığını deyəcək. Amma qiymətini eşidəndə qulaqlarına inanmadı: -Ola bilməz, müəllimə, mən inşanı axıradək yaza bilməmişdim! Sən demə, Lalə su gətirməyə gedəndə müəllimə Rəşaddan niyə yazmadığını soruşmuş və bilmişdi ki, Lalə yoldaşına su gətirməyə gedib. Müəllimə təəccüblə ona baxan Lalənin başını sığalladı: -Sən “Əsl insan necə olmalıdır” mövzusunu yazıda yox, həyatda, canlı göstərmisən, buna görə də ən yüksək qiyməti sən almısan. Rəşad isə qiymət almadığına görə məyus olmadı. Çünki o özünə əsl dost tapmışdı. Müəllif: Gülzar İbrahimova Mənbə:sehrlidunya.com
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hekayələr
Baxış sayı: 1142
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN