SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Makiyaj təmizləmək üçün təbii vasitələr

whatsappda paylaş Whatsapp-la göndər
Makiyaj təmizləmək üçün təbii vasitələr
Qadınların ən çox istifadə etdikləri qulluq vasitələrindən biri də makiyaj təmizləyicisidir. Dərini təmiz saxlamaq çox önəmlidir. Ona görə də hər bir makiyaj edən xanım bilir ki, gecə yatmazdan öncə mütləq üzünü təmizləməlidir. Ancaq makiyaj təmizləyici vasitələrin heç də hamısı təbii tərkibli olmur və dəriyə əks təsir göstərə bilir. Həm pulunuzu israf etməmək, həm də dərinizi korlamamaq üçün makiyaj təmizləyicisi reseptlərini sınaqdan keçirin. Quru dəri üçün: 1/2 stəkan zeytun yağı ilə 1/2 stəkan gül suyunu təmiz bir şüşəyə töküb çalxalayın. Bu qarışıqla həm dodaq, həm göz, həm də üz makiyajını təmizləyə bilərsiniz. Üzü yumağa ehtiyac yoxdur. Hər dəfə istifadədən öncə qarışığı çalxalayın. Normal və yağlı dəri üçün: 1 ədəd kiçik, rəndələnmiş xiyarı 1 stəkan südün içərisinə töküb qaynadın. Daha sonra suyunu süzün. Südü şüşəyə doldurun. Bu qarışığın ömrü azdır. Həftədə bir dəfə yenidən hazırlamaq lazımdır. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Gigiyena
Baxış sayı: 1680
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN