SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Yerkökü Salatı

whatsappda paylaş Whatsapp-la göndər
Yerkökü Salatı
Yerkökü Salatı (Havuç Salatası) Türk mətbəxinə aiddir. Təcili qonağım gələndə adətən bu salata müraciət edirəm. Olduqca asan və tez hazırlanan salatdır. Əsası da odur ki, xeyirlidir. Mən bu salata xırda doğranmış qoz və kişmiş da əlavə edirəm. Çox ləzzətli olur. Sizə də məsləhət görürəm. YERKÖKÜ SALATI (Havuç Salatası) 2-4 porsiya üçün nəzərdə tutulub Ərzaqlar - 4 ədəd yerkökü - 2 xörək qaşığə zeytun yağı - 1 stəkan qatıq (çox turş olmasın) - 3 diş sarımsaq - zövqə görə sarı kişmiş - zövqə görə xırda doğranmış qoz - zövqə görə duz - zövqə görə istiot 1. Yerkökülərin qabığını soyun və sürtkəcin iri dişindən keçirin. 2. Tavada zeytun yağını qızdırın. Yerkökünü yağa əlavə edib, tez-tez qarışdıraraq yerkökülər yumuşalanadək (təxminən 6-7 dəqiqə) buşirin. Bişmiş yerkökülər yumuşaq olsalar da, bir qədər diri qalmalıdırlar. Kənara çəkib, yerköküləri soyudun. 3. Sarımsağı əzin. Bir qabda qatıqla sarımsağı qarışdırın. Soyumuş yerkökünü, kişmiş və qozu bu qarışıma əlavə edin. Zövqə görə duz, istiot vurun və yaxşıca qarışdırın. Salatın daha da sulu olmasını istəyirsinizsə, ona daha çox qatıq əlavə edin. 4. Salatı bir az soyuducuda saxlayın. Süfrəyə verməzdən əvvəl, bir qaba qoyub, üzərini qara zeytunla bəzəyin. NUŞ OLSUN! Mənbə:www.azcookbook.com
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 756
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN