SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Yaşıl qozun balla qarışığı - MİN BİR DƏRDİN DƏRMANI

whatsappda paylaş Whatsapp-la göndər
Yaşıl qozun balla qarışığı - MİN BİR DƏRDİN DƏRMANI
Hamı bilir ki, qoz çox faydalı məhsuldur. Xalq təbabətində qozun ləpələri, yarpaqları, arakəsmələri, qoz ağacının qabığı müxtəlif xəstəliklər və pozulmalar zamanı uğurla müalicə olunur. Kal yaşıl qoz çox qiymətli müalicəli məhsuldur. Onun tərkibində olan faydalı maddələr yetişmiş qozla müqayisədə daha çoxdur. Belə ki, yaşıl qoz bir çox vitaminlər (C, B qrupu, E, PP, karotin), minerallar (xüsusilə yod), antioksidantlar, orqanik turşular, yağ turşuları və s. kimi faydalı maddələrlə zəngindir. Xalq təbabətində yaşıl qozun balla qarışığı "min bir dərdin dərmanı" sayılır və bir çox xəstəliklərin və pozulmaların müalicəsində uğurla istifadə olunur. Beləliklə, bu qarışıq: - qalxanvari vəzinin fəaliyyətinə çox müsbət təsir edir, - qanı təmizləyir, - qurdqovucu təsir edir, - qara ciyəri və bağırsaqları təmizləyir, - artıq çəkidən azad olmağa kömək edir, - orqanizmi cavanlaşdırır, - immun sistemini möhkəmləndirir, - orqanizmə xərçəng əleyhinə təsir edir. Qarışığın hazırlanması: 1. Bu qarışığı hazırlamaq üçün 1 kq yaşıl goz və 1 kq bal götürülür. 2. Qoz yuyulur, qurudulur, ətçəkən maşınından keçirilir və ya blenderdə əzilir. 3. Əzilmiş qoz hissə-hissə balla qarışdırılır və bankalara yığılır. 4. Qarışığı qəbul etməkdən əvvəl 2 ay ərzində quru sərin yerdə (soyuducuda və ya zirzəmidə) saxlamaq lazımdır (vaxtaşırı olaraq qarışığı qarışdırın). 5. Hazır qarışıq soyuducuda saxlanılır. Qarışığın istifadəsi: Hazır qarışıq gün ərzində 3 dəfə 1 çay qaşığı olmaqla qarışıq qurtarana kimi qəbul olunur. Bu qarışığı istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin. Mənbə:saglamolun.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 2608
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN