SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

4D lazer cavanlaşması nədir?

whatsappda paylaş Whatsapp-la göndər
4D lazer cavanlaşması nədir?
Bu ilin yanvar ayından dünya kosmetologiyasında 4D lazer cavanlaşması proseduru tətbiq edilməyə başlayıb. Bəs 4D lazer cavanlaşması proseduru nədir, necə həyata keçirilir, hansı faydaları var? Aile.lent.az-ın əməkdaşı bu və digər sualları cavablandırmaq üçün Azərbaycanda bu proseduru ilk dəfə həyata keçirən həkim-kosmetoloq Günay Mikayılova ilə əlaqə saxlayıb. G. Mikayılova 4D lazer cavanlaşması anlayışını izah edərək bildirib ki, bu, dərinin 4 qatı - dəri, dərialtı piy, əzələlər və seliklli qişaya təsir edən prosedurdur. Prosedurda 4 təbəqəyə təsir edərək dərinin liftinqi həyata keçirilir. Bütün üzə təsir etdiyinə görə əzələlər, dəri yığılır, piy təbəqəsi əriyir və üzdə həm dolğu effekti yaranır, həm dərinin hamarlığı əldə olunur. Həkim-kosmetoloqun sözlərinə görə, indiyədək kosmetologiyada həyata keçirilən cavanlaşdırıcı prosedurlar – mezoterapiya, botoks və s. dərinin cavanlaşmasına yönələn metodikalardır. Bunlar sadəcə dəri və dərinin alt qatının cavanlaşmasına xidmət edir. 4D lazer isə bütün üz karkasına təsir edir. Prosedur ayda bir dəfə edilir və 2 il öz təsirini saxlayır: “Xanımlara 30 yaşdan sonra 4D lazer proseduru etdirmək məsləhət görülür. Bu prosedur nəticəsində dəridə və əzələlərdə yeni kollagen, yəni yeni strukturlar sintez olunur. Bunlar isə dərinin liftinqinə gətirib çıxarır, üzə dolğu effekti verir. Üz təqribi 10 yaş cavanlaşır. Cavan xanımlarda bu, çox bilinmir. Amma məsələn, 60 yaşlı xanımlar 50 yaşında görünür. Prosedur 1 saat çəkir, xüsusi lazer üsulu ilə həyata keçirilir. Bu, xanımlara tanış olan lazer üsulundan çox fərqlidir. Yəni, xanımların alışdıqları epilyasiya lazeri deyil. İçərisində dərmanlar və maddələr olan xüsusi aparatdır. Ümumiyyətlə, lazerdən qorxmaq lazım deyil. Düzgün və savadlı mütəxəssisin əlində lazerin heç bir qorxusu yoxdur. Deyirlər, lazerdən şiş əmələ gəlir. Bu, yalan fikirdir. Əgər şiş varsa, lazer etdirmək olmaz. Amma lazer prosedurundan sonra şişin əmələ gəlməsi cəfəngiyatdır”. Mənbə:Aile.lent.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 1831
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN