SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Gözəllik meyvəsi - ananas

whatsappda paylaş Whatsapp-la göndər
Gözəllik meyvəsi - ananas
Bol miqdarda mineral və vitamin ehtiva edən ananas suyunun tərkibindəki B, C vitaminləri hüceyrələri yeniləyir, dəri xəstəliklərini aradan qaldırır. Mütəxəssislər qətiyyətlə iddia edir ki, tərkibində bədənin ehtiyac duyduğu bütün vitamin və mineralların olduğu ananas suyunun dərini gözəlləşdirməklə yanaşı, bir çox faydaları var. Ananas immuniteti gücləndirərək bir çox xəstəliyin qarşısını alır. Tərkibindəki C vitamini günəşdən zərər görən dərini yeniləyir, kollagenləri qoruyur. Bu xassələri sayəsində ananas müxtəlif krem və losyonların tərkibində də geniş istifadə olunur. Ananas suyu isə yorğun dərinin təravətini özünə qaytarır, səpkiləri yox edir. Əgər ananasa qarşı heç bir allergiyanız yoxdursa, dərinin yağlılığını ananas dilimləri ilə aradan qaldıra bilərsiniz. Mineral tərkibi isə solğunlaşmış saç və dırnaqların sağlamlığına qovuşmasını təmin edir. Antioksidant xüsusiyyəti ilə bədəndəki toksinlərin atılmasını asanlaşdırır. Həzm sisteminin və bağırsağın işini yaxşılaşdırır, həzm yolunu tədricən təmizləyir. Ananas təzyiq probleminə də müsbət təsir edir. Onun tərkibində zülalların həzm olunmasına yardım edən xüsusi fermentlər var. Buna görə də, ananas artıq çəki problemi ilə mübarizədə faydalı qidalar siyahısına daxildir. Ananas necə saxlanılır? Ananas soyuducuda yaxşı qalır. Bölünmüş ananası isə yumşaq polietilen paketə büküb qoyun. Bu görkəmdə onu dondurmaq da olar. Dəyməmiş ananası bir-iki gün otaq temperaturunda saxlasanız, o, daha ləzzətli və yumşaq olacaq. Mənbə:Publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 883
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN