SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Hamiləlikdə hansı dərmanları istifadə etmək olmaz?

whatsappda paylaş Whatsapp-la göndər
Hamiləlikdə hansı dərmanları istifadə etmək olmaz?
Hamilə qadınlar xəstəlikləri ilə əlaqədar hamiləlik dovründə çoxlu dərman maddələri qəbul edirlər.Lakin nəzərə almaq lazımdır ki qəbul edilən dərmanlar korpə orqanizminə mənfi təsir göstərə bilər.Dərmanların ana bətnində dölə göstərdiyi toksiki təsir nəticəsində uşaq salma,vaxtından əvvəl doğuş,eybəcərlik,dölün və yenidoğulmuşun ölümü,ürək və tənəffüs sistemi qüsurları,çıxıqlar,korluq,karlıq və s törənə bilər.Dərmanların törətdikləri təsir 3yerə bölünür 1.Embriona təsir(ilk 2həftə) Ən təhlükəli dövr hamiləliyin hamiləliyin 1ci həftəsindən başlayır.3cü həftədə ya embrion məhv olur yada uşaqlıq divarına bərk yapışaraq inkişaf etməyə başlayır.Bu dövr çox kritik dövr hesab olunur 1ci təhlükəli dövr hesab olunur. Bu dövrdə istifadəsi təhlükəli olan dərmanlar bunlardır: Hormonlar,sulfanilamidlər,nikotin və tərkibində flüor olan dərmanlar 2.Teratogen təsir(eybəcərlik – 3-8həftə) Bu fazada dölün aktiv inkişafı gedir və bu zaman qəbul edilən dərmanlara ciddi fikir verilməlidir bu dövr 2ci təhlükəli dövr adlanır. 3.Fetotoksik təsir(18-22həftə) Bu dövrdə körpədə ürək qan damar sistemi və digər orqanlar inkişaf etdiyi üçün bu dövrdə dərmanlar müəyyən qüsurlara yol aça bilir bu dovr 3cü təhlükəli dövr adlanır. Dərman maddələri hamilə qadınlarda ciftdən dölə keçir müəyyən dəyişikliklərə uğradıqdan sonra böyrəklərlə xaric olur.Böyrəklərin fəaliyyətinin zəifləməsi zamanı isə dərmanların xaric olması ləngiyir və daha çox toksiki təsir göstərməyə başlayır.Hamiləliyin axırıncı aylarında cift qan dövranı zəif olur.Şəkərli diabet,yuksək təzyiq və s xəstəliklər zamanı ciftin qan dövranı kəskin zəifləyir belə halda dərman maddələri dölün orqanizmindən çıxa bilmir və toplanaraq zəhərlənmə və ya teratogen effekt törədir. Hamiləlikdə dərman maddələrinin toksik təsir göstərməsinin səbəbləri: 1.Hamiləlik dövründə qanda zülalların miqdarının azalması-qanda dərmanın yüksək dozada toplanmasına səbəb olur 2.Böyrəklərdə baş verən dəyişikliklər 3.Mədə bağırsağın funksiyasinin dəyişilməsi 4.Ürək qan damar sistemində baş verən dəyişikliklər Təhlükəli olmayan dərmanlar: A.-Ümumiyyətlə təhlükəli olmayanlar-KCl,Dəmir preparatları,vitaminlər,Triyodtrionin B.-Təhlükəliliyi sübut olunmayıb-İnsulin,Aspirin,Metronidazol Təhlükəli olan dərmanlar: C.-Təhlükəliliyi sübut olunub-Gentamisin,izoniazid,flüorxinolonlar,antidepressantlar,parkinsanizm əleyhinə maddələr D.-Mənfi təsiri var-Diazepam,doksisiklin,kanamisin,diklofenak Tamamilə əks göstəriş olan dərmanlar: X.-Androgenlər,Streptomisin,Erqotamin,Xinin
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 5893
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN