SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Mimiki qırışları açan maskalar

whatsappda paylaş Whatsapp-la göndər
Mimiki qırışları açan maskalar
Gözəlliyinə fikir verən hər xanım bilir ki, mimiki qırışlardan xilas olmaq çox çətindir. Üstəlik, bu tip qırışlar çox erkən – 24-30 yaşdan etibarən özünü büruzə verməyə başlayır. Üzünüzdəki mimiki qırışlardan narahatsınızsa, aşağıdakı maska reseptlərini sınaqdan çıxarın. Çiyələk və bal maskası Tərkibi: - Təzə çiyələk - 1 qaşıq zeytun yağı - 1 çay qaşığı bal - 1 çay qaşığı çobanyastığı Hazırlanması: Çiyələyi əzib zeytun yağı, bal və çobanyastığı çayı ilə qarışdırın. Maskanı təmiz dəriyə çəkin. 20 dəqiqə saxlayıb üzünüzü əvvəlcə ilıq südlə silin, daha sonra isə soyuq su ilə yuyun. Bu maskanı həftədə bir dəfə çəkməyiniz kifayət edəcək. Kəsmik və kök maskası Tərkibi: - 1 xörək qaşığı kəsmik - 1 xörək qaşığı qatı qaymaq - 1 xörək qaşığı təzə yer kökü şirəsi Hazırlanması: Əvvəlcə kəsmiklə qaymağı birlikdə, sonra kök şirəsini əlavə edərək qarışdırın. Maskanı üzünüzə çəkib yarım saat saxlayın. Daha sonra üzünüzü soyuq su ilə yuyun. Üzünüzü buzla masaj edin. Salfetlə üzünüzü qurulayın. Mənbə:Publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 4894
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN