SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Abort

whatsappda paylaş Whatsapp-la göndər
Abort
Abortun(uşaq salma)zərərlərindən çox danışmaq olar. Hər birimiz bilirik ki,abortlardan mümkün qədər qaçınmaq lazımdır.. İlk uşağını abort edənlər isə unutmamalıdır ki,ana olmaq üçün bəlkə də ən son şanslarını öz əlləri ilə məhv edirlər,çünki ilk uşağı süni yolla salmaq çox vaxt sonsuzluğa gətirib çıxardır.Müasir tibbi üsullara,süni mayalanmalara da çox güvənməyin,15 % hallarda belə hamiləliklər doğuşla nəticələnir,üstəlik bu maddi və mənəvi cəhətdən yorucudu… Süni abort Təbii ki,yaranmış vəziyyətdən yeganə çıxış yolunu abortda görən hər bir qadının özünə görə səbəbləri var,bunlara tibbi göstəriş də daxildir. Əgər siz həqiqətən də bu addımı etməyə qərar vermisinizsə,son dərəcədə ehtiyyatlı olmalısınız ki,orqanizmə daha böyük ziyan vurmayasınız. Abortxanaları olan istənilən ginekoloji xəstəxanalarda abort eləyirlər.Hamiləliyi sonlandırmaq üçün xüsusi analizlər(ginekoloji yaxmalar,RW və VİÇ) və sizi müayinə edən həkimin göndərişi olmalıdır.Bu göndərişdə,hamiləliyin olması,müddəti ,aborta göstəriş və məsləhət olunan abortun növü qeyd edilir. Hamiləliyin süni yolla sonlandırmağın aşağıdakı növləri var: 1. medikamentoz(dərmanla) abort–0-8 həftəyə qədər 2.mini abort–5-6həftəliyə kimi 3.tibbi abort–6-12 həffftəyə qədər Məsləhət görərdim ki,əgər bu addımı atmağa qərar vermisinizsə,yalnız bu 3 üsuldan birinə müraciət edəsiniz və təbii ki,yüksəkixtisaslı peşəkar həkimin köməyi ilə.Yerdə qalan digər üsullar kriminal abortlar adlanır və qadın həyatı üçün ağır xəsarətlər törədə bilərlər. DİQQƏT!!! Heç vaxt özbaşınıza arzuolunmaz hamiləliyi sonlandırmağa çalışmayın.Çox ehtimal ki,siz müxtəlif mexaniki,kimyəvi və temperatur üsulları ilə düşüyə yol aça bilərsiniz,amma nə qiyməti…özünüzü riskə atmayın! Abortdan sonra alınan təhlükəsizlik tədbirləri: Süni abortdan,eləcə də özbaşına baş vermiş düşükdən sonra ciddi ağırlaşmalar olmaması üçün,qadın bir neçə müəyyən olunmuş qaydalara riayət etməlidir. 1. abortdan sonra ilk iki həftə istənilən növ fiziki işdən uzaq durmalı; 2.Üç həftə ərzində cinsi əlaqədə olmaq qdağandır,çünki bu yolla,abortdan sonra böyük açıq yara vəziyyətində olan uşaqlığa infeksiya yoluxdurula bilər; 3.Uşaqlığın yığılmaları normal olsun deyə,vaxtlı vaxtında sidik kisəsi və bağırsağını boşaltmalıdır; 4.Qadının ümumi vəziyyəti nəzarət altında saxlanılmalıdır,hər gün hərarəti ölçülməlidir.Əgər vəziyyəti pisləşərsə,qanlı ifrazatlar olarsa,qarnın aşağısında ağrı yaranarsa həkimə müraciət etməlidi; 5.Cinsiyyət orqanlarının gigiyenasına xüsusi diqqət yetirmək lazımdır.Gündə iki dəfə zəif marqanslı su ilə yuyunmaq,alt paltarını tez-tez dəyişmək lazımdır; 6.İlk iki həftə yalnız duş qəbul etmək olar..Vanna qəbul etmək,hovuzda,çayda,dənizdə çimmək qəti qadağandır.! 7.Abortdan sonra menstruasiya siklləri ondan öncə necə idisə elə olmalıdır.Tez olması,yaxud ləngiməsi hallarında həkimə müraciət etmək məsləhətdir.İntim həyata menstruasiya olandan sonra başlamaq olar,kontraseptivlərdən istifadəni unutmamaq şərtilə. Abortun nəticələri Hamiləliyin yarıda sonlandırılması həqiqətən sarsıdıcıdı.Qadın orqanizmi şok yaşayır,belə ki,bütün orqan və sistemlər embrionun inkişafı üçün səfərbər olduqlarından,onun kənarlaşdırılmasından sonra çaşqınlığa düşürlər.Hormonal,immun,böyrək-qaraciyər funksiyasında,arterial təzyiqin tənzimlənməsində,dövran edən qanın həcmində disbalans yaranır. Qadın əsəbi olur,yuxusu pozulur,əzginlik artır. Bir sözlə infeksion və iltihabi xəstəliklərin törədiciləri olan istənilən növ infeksiyanın daxil oması üçün “ideal şərait” yaranır. Uşaqlıq artımlarının iltihabı nəticəsi olaraq uşaqlıq borularının keçməməzliyi yarana bilər ki,bu da uşaqlıqdan kənar boru hamiləliyinə və hətta sonsuzluğa yol aça bilər.Yumurtalıqların funksiyası pozula bilər ki,bu da sonsuzluqla müşahidə olunar. Bunlardan əlavə,bəzən uşaqlığın kor qaşınması mikrotravmalara yol açır,nəticədə nazilmiş,qanla yaxşı təchiz olmayan sahələr yaranır,çapıqlar formalaşır.Bütün bunlar növbəti hamiləliklərdə dölün normal qidalanmasını pozur,inkişaf qüsurları,düşüklər və vaxtından əvvəl doğuşlara səbə ola bilər. İnkişaf etmiş ölkələrdə abort keçirmiş qadınlar psixoloji reabilitasiya kursları keçirlər. Çünki hamiləlik dövründə embrionun normal inkişaf etməsi üçün orqanizmdə yaranan bioloji aktiv maddələr,hormonlar,hamiləlik sonlandıqdan sonra da bir müddət ifraz olunmağa davam edirlər və qadın orqanizminə mənfi təsir göstərir. Siz özünüz də görürsünüz ki,abortunziyanları ,kontraseptiv maddələrin yan təsirləri ilə müqayisədə çox məhvedicidi. Uşaq qatili olmamaq üçün tədbirinizi görün!Axı o, balaca ,gücsüz,köməksiz,özünü müdafiə etmək iqtidarında olmayan yeni bir həyat yumağıdır.Heç bir günahları olmadıqları halda bizim günahlarımızın bədəlini ödəməsinlər….
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 21668
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN