SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Hansı yaşda qadınlar daha çox abort etdirir?

whatsappda paylaş Whatsapp-la göndər
Hansı yaşda qadınlar daha çox abort etdirir?
Ötən il Azərbaycanda qeyri-leqal abortlar da daxil olmaqla 27220 abort qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onların 1023-ü və ya 3,8 faizi ilk dəfə hamilə olmuş qadınlar tərəfindən həyata keçirilib. 2014-cü ildə hər 1 000 fertil, yəni 15-49 yaşda olan qadına 10,1 abort düşüb. Abortlar daha çox 25-34 yaşlı qadınlar tərəfindən edilib. Ümumilikdə, ötən il 15-17 yaşlı qadınlar tərəfindən 88, 18-19 yaşlı qadınlar tərəfindən 1073, 20-24 yaşlı qadınlar tərəfindən 5738, 25-29 yaşlı qadınlar tərəfindən 8365, 30-34 yaşlı qadınlar tərəfindən 7756, 35 yaşdan yuxarı qadınlar tərəfindən isə 4200 abort olunub. Ötən il ölkədə 5,5 min vaxtından əvvəl uşaq doğulub. Bu cür uşaqların anadan olması, əsasən anaların əvvəllər tez-tez abort etməsi ilə əlaqədardır. Mənbə:Modern.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 915
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN