loading...

Uşağınızla birlikdə idmanın 10 faydası

whatsappda paylaş Whatsapp-la göndər
Uşağınızla birlikdə idmanın 10 faydası
Valideynlər etdikləri idmanla öz sağlamlıqlarını qorumaqla yanaşı eyni zamanda uşaqlarına da sağlam həyat tərzi keçirmək fikrini aşılamış olurlar. Hər zaman validyeni özünə nümunə götürən uşaq onun faydalı və sevimli vərdişini də təkrarlamağa çalışacaqdır. Valideynlərin uşaqla birlikdə idmanın aşağıdakı faydaları mövcuddur: 1. İdman sayəsində daha çox vaxt keçirib, daha çox əylənə bilərsiniz. 2. Ailənizin komanda ruhunu inkişaf etdirərsiniz. 3. Onu kompüterin qarşısından qaldırmaq və təbiətə çıxmaq üçün cəlbedici səbəbdir. 4. İdman onu həyatı boyu daha çox özünə inamlı və intizamlı, dərslərinə də eyni intizamla yanaşmağa sövq edəcəkdir. 5. Uşağınızla idman etmək səbəbilə siz də məşğulluq ucbatından ötürdüyünüz idmana vaxt ayırmış olacaqsınız. 6. Ailəvi tətilə çıxdığınız zaman birlikdə məşğul ola biləcəyiniz daha çox fəaliyyət olacaqdır. 7. İdman uşağınızı yoracağından axşam mışıl-mışıl yatamağına səbəb olacaq, siz isə özünüzə vaxt ayıra biləcəksiniz. 8. Artıq enerjisini idman edərək atdığı üçün daha dinc uşaq olacaq, siz isə daha xoşbəxt və rahat bir valideyn olarsınız. 9. Yalnız valideyni deyil, ən yaxın oyun və komanda yoldaşı olarsınız. 10. Yarışda və həyatda uduzsa-udsa da hər zaman onun yanında olacağınızı öyrənməsini təmin edərsiniz. Mənbə:vib.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Psixologiya
Baxış sayı: 738
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN