loading...

Planşet – uşaq üçün pis sakitləşdiricidir

whatsappda paylaş Whatsapp-la göndər
Planşet – uşaq üçün pis sakitləşdiricidir
“National Geographic” elmi-populyar jurnalının verdiyi məlumata görə uşaq kürlük edən kimi oyunlarla bol olan smartfon və ya planşetlə susdurulmaq vərdişi nəticədə onun inkişafına mənfi təsir göstərə bilər. Uşaq döşəməyə yıxılıb ayaqları ilə döyməyə və ya yüksək səslə vızıldamağa başlayanda, yeganə istək ona planşet verib evdə sakitlik yaratmaqdır. Lakin uşaq psixoloqların fikrincə, belə etmək olmaz, çünki uşağın emosional inkişafının pozulmasına gətirə bilər. Boston Universitetinin Tibb məktəbinin alimləri müəyyənləşdiriblər ki, yetkin həyata normal adaptasiya üçün artıq erkən yaşdan öz emosiyaların öhdəsindən gəlməyi bacarmaq lazımdır. Bu qabiliyyət hər uşaqda var, lakin əgər o, əlində planşetlə sakitləşməyə öyrəşəcəksə, onda normal inkişaf edə bilməyəcək. Alimlərin fikrincə, hər bir ciyiltisinə planşet verilən uşaq empatiya çatışmamazlığından və pis sosial vərdişlərdən əziyyət çəkir. Onlar həmyaşıdları ilə həvəssiz oynayır və hər bir yeniliyə skeptik yanaşırlar. Bununla planşetin mənfi təsiri bitmir. Alimlər xatırladırlar ki, planşet əvvəlcə motorika, daha sonra isə yazı və oxu təlimini çətinləşdirir. 2,5 yaşadək uşaqlara oyun və çizgi filmlərinin məhdudlaşması çox önəmlidir. Çünki onların bu yaşda böyüklərlə birgə oyunlara, gəzintilərə və təlimlərə ehtiyacları var. Tədqiqatçıların fikrincə, real faydanı qadcetlər yalnız məktəbəqədər yaşda gətirməyə başlayır ki, uşaqlar interaktiv öyrədici proqramlar və əlavələrdən istifadə edə bilərlər. Mənbə:vib.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Psixologiya
Baxış sayı: 963
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN