SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Soyuq su ilə duş qəbul etməyin inanılmaz faydaları

whatsappda paylaş Whatsapp-la göndər
Soyuq su ilə duş qəbul etməyin inanılmaz faydaları
İlk eşitdiyiniz zaman içinizdən titrətmə keçə bilər, amma soyuq duş qəbul etməyin faydaları olduqca çoxdur. İmmunitet sistemini gücləndirir Soyuq su ilə duş qəbul etməyin immunitet sistemini gücləndirdiyini göstərən saysız araşdırmalar mövcuddur. Soyuq su titrəməyə səbəb olduğu üçün metabolik sürəti artırır və immunitet sistemini aktivləşdirir. Arıqladır Bədəniniz soyuğa məruz qaldıqda isinmək üçün daha çox enerji istehsal etməsi lazım gəlir. Nəticədə də isinməyə çalışarkən daha çox yağ əridir və arıqlamağa yardımçı olur. Qan dövranını sürətləndirir Soyuq su ilə duş qəbul edənlərin qan dövranının daha sürətli olduğu qeyd edilir. Soyuq su qan axınını həyati orqanlara yönləndirir və bədənin daha effektiv şəkildə qan dövranını təmin edir. Depressiyaya qarşı təsirlidir Soyuq suyun depressiyanın simptomlarını azaltdığı müəyyən edilib. Depressiv zamanlarda soyuq suyun altında bir müddət dayanmağın insanın özünü daha yaxşı hiss etməsinə səbəb olduğu aşkar olunub. Dəri və saçların parıldamasını təmin edir Soyuq su açıq məsamələrin daralmasını təmin edir. Bu sayədə də daha sağlam və parlaq bir dəriyə sahib olursunuz. Həmçinin soyuq su ilə duş qəbul edənlərin saçlarının daha parlaq göründüyü qeyd edilir. Testesteron səviyyəsini arttırır Soyuq duş qəbul edən kişilərdə testesteron səviyyəsinin daha yüksək olduğu məlum olub. Spermanın keyfiyyətini yüksəldir İsti su və isti mühit spermanın keyfiyyətini azaldır. Övlad sahibi olmaq istəyirsinizsə, soyuq duş qəbul etməyiniz məsləhət görülür. Daha keyfiyyətli yuxunu təmin edir Yuxu problemi olanlara soyuq duş qəbul etmələri tövsiyə olunur. Çünki soyuq suyun səbəb olduğu şokdan sonra bədən rahatlayır və yuxuya getməkdə çətinlik çəkmək kimi problemlər aradan qalxır. Nəfəs alıb-verilməsini nizamlayır Soyuq suya məruz qaldıqda daha dərin nəfəs alma ehtiyacı hiss edirsiniz. Bunun sayəsində ağciyərləriniz açılır və bu da daha çox oksigen qəbul edilməsini təmin edir. Mənbə:saglamolun.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 1445
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN