SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Yüngül və dadlı - çiyələkli Rafaello

whatsappda paylaş Whatsapp-la göndər
Yüngül və dadlı - çiyələkli Rafaello
Yayın ləzzətli meyvələrindən olan çiyələk və yüngül, dadlı Rafaello... Bu iki məhsulun birləşməsindən də yüngül, dadlı və gözəl görünüşlü yay şirniyyatı hazırlamaq olar. Lazım olan məhsullar: - Çiyələk — 200 qr - Yumurta — 1 ədəd - Şəkər tozu — 5 ст.л. - Kərə yağı — 30 qr - Kəsmik — 250 qr - Un — təxminən 1 stəkan - Suxari qırıntıları - Kokos qırıntıları Hazırlanması: Yumurtanı şəkər tozu ilə çalın və qarışdıra-qarışdıra kərə yağı və kəsmiyi əlavə edin. Sonra alınan kütləyə un əlavə edin. Yüngül xəmir yoğurun. Xəmirdən kiçik hissələr qopardın və onlardan kətələr hazırlayın. İçinə bütöv çiyələk qoyun, sonra əllərinizi una batıraraq kürəciklər düzəldin. Sonra kürəcikləri qaynayan suya atın və suyun üzünə çıxdıqdan sonra 3 dəqiqə ərzində bişirin. Bişdikdən sonra kürəcikləri kəfgirlə sudan çıxardın. Suxari və şirin kokos dənəciklərinin qarışımına batırın. Servis etdikdə çiyələklə bəzəyin. Mənbə:saglamolun.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 786
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN