SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Dəriyə qulluqda yenilik: “multi‐masking” texnikası

whatsappda paylaş Whatsapp-la göndər
Dəriyə qulluqda yenilik: “multi‐masking” texnikası
Qüsursuz bir dəriyə qovuşmaq istəyən xanımlar üçün hər gün yeni bir üsul kəşf olunur. Son günlər baxımlı qadınlar dəriyə qulluq üçün “multi‐masking” texnikasından istifadə edirlər. “Multi‐masking” bir neçə maskadan eyni zamanda istifadə etmək deməkdir. Bir sözlə “multi‐masking” texnikasında üzün hər bölgəsi üçün fərqli bir maskadan istifadə nəzərdə tutulur. Bu texnikanı trend halına salan qadınlar düşünürlər ki, üzün hər bölgəsinin fərqli maddələrə ehtiyacı var. Ancaq ayrı-ayrı bölgələrə maska çəkib yuduqda məhsulun effekti azalır. Bütün maskaları eyni anda çəkib, üzü bir dəfə yuduqda isə maskanın effekti daha tez hiss olunur. Bəs, üzün hansı bölgəsinə, hansı maskanı çəkmək lazımdır? “Multi‐masking” texnikasını sınaqdan keçirənlər bildirirlər ki, üzün ən çox yağlanan, qara nöqtələrin daha çox müşahidə edildiyi “T” bölgəsinə tərkibində kömür ya da salisilik asit turşusu olan maska, yanaqlara isə C vitamini və “peptit” ehtiva edən maska, gözaltlarına isə tərkibində “retinol” olan maska çəkmək daha uyğundur. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 1208
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN