loading...

Kökəlmək üçün pəhriz

whatsappda paylaş Whatsapp-la göndər
Kökəlmək üçün pəhriz
İrsən arıq və az çəkili olmaq sağlamlıq üçün problem yaratmır. Yox, əgər sizin qohumlarınızda çəkisi normal və kök insanlar varsa, deməli, siz də müəyyən qədər çəki yığa bilərsiniz. Yəqin ki, sizin gündəlik rejiminiz düzgün qurulmayıb. Yaxud da sizin çox yeməklə aranız yoxdur. Ümid edirik ki, pəhrizdəki ərzaqları alıb, göstərilən ardıcıllıqla istifadə etsəniz, arzuladığınız çəkiyə nail olacaqsınız. Xarici mətbuata istinadən kökəlmək istəyənlər üçün pəhriz təqdim edirik: Unutmayın: Müasir dövrdə kökəlmək arıqlamağa nisbətən daha asandır. Səhər: 1 stəkan təzə meyvə şirəsi, manna sıyığı, 1 stəkan süddə həll olumuş bal, sürtgəcdən keçirilmiş alma ilə qozun qarışığı, üzərinə yağ çəkilmiş 1 dilim çörək və 2 stəkan kakao. Günorta: 1 boşqab qatı bulyon, şorba (makaron, düyü və və ya kartof ilə ola bilər), tərəvəz salatı (yağlı və ya mayonezli), 250 qr. qızardılmış mal və ya toyuq əti, şəkərli kofe. Axşam: süddə bişmiş düyü, 2 dilim çörək, təzə meyvələrdən salat. Mütəmadi olaraq bu pəhrizi təkrarlayın. Hər gün qida rejiminizdə bu ərzaqların olmasına çalşın: Süd - 1 stəkan, kəsmik, pendir, qoz-fındıq. Ət məhsulları - balıq, quş əti, yumurta. Tərəvəz - salat və göyərti. Meyvə - şirəsi ən az 2 stəkan, meyvə salatı. Çörək - hər dəfə 2 dilim, qarabaşaq, düyü, makaron. Mənbə:Axşam.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 1064
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN