SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Badımcan sapını qətiyyən atmayın

whatsappda paylaş Whatsapp-la göndər
Badımcan sapını qətiyyən atmayın
Son illərdə babasil xəstəliyinə daha çox rast gəlinir. Belə hesab olunur ki, dünyada yaşayan insanların yarısından çoxu babasil xəstəliyinin müxtəlif formalarından əziyyət çəkir. Təbii ki, babasil mütləq müalicə olunmalıdır. Gecikmiş mərhələlərdə xəstəlik çox ağır fəsadlar verir. Babasilin yaranmasının əsas səbəbi qəbizlikdir. Xalq təbabətində babasilə və qəbizliyə aid bir sıra müalicələr var. Bu xəstəliyi yaxşılaşdıran təbii müalicə üsullarından bir neçəsini təqdim edirik: Təbiətin hər bitkisinin tərkibində bəşəriyyət üçün faydalı maddələr var. Onlardan biri də badımcanın saplağıdır. 10 ədəd badımcanın yaşıl sap hissəsini 10 stəkan su ilə qaynadın. Bu sudan səhər axşam bir stəkan için. Beşinci gün babasil deyə bir dərdiniz qalmayacaq. Suda bişmiş çuğundur da babasil xəstəliyində təbii dərmanı kimi istifadə olunur. Babasil xəstəliyi zamanı buzlu su ilə vanna etmək faydalıdır. Onu da unutmayın ki, uzun müddət belə vannada əyləşmək də zərərlidir. Buz vannasının müddəti bir neçə saniyədən maksimum bir dəqiqəyə qədər davam etməlidir. Buzu tək adi sudan deyil, həm də bitki məhlullarından hazırlamaq olar. Həkimlər buzun babasil ağrılarına yaxşı təsir etdiyini söyləyirlər. Palıd qabığı və çobanyastığı dəmləmələri ilə hazırlanan vannalar da babasil ağrılarını azaldır. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 10660
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN