SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Qaşınmanı aradan qaldıran təbii üsullar

whatsappda paylaş Whatsapp-la göndər
Qaşınmanı aradan qaldıran təbii üsullar
Yay aylarında allergiya, ağcaqanad sancması və həddindən artıq isti hava dəridə qaşıntılara səbəb olur. Qaşıntının aradan qaldırılması üçün müxtəlif dərmanlar və kremlər mövcud olsa da, onların çoxunun tərkibində təhlükəli kimyəvi maddələr var. Odur ki, qaşıntını təbii üsulla aradan qaldırmaq daha məsləhətdir. Mütəxəssislər iddia edirlər ki, qaşıntını qısa zamanda aradan qaldıran ən təsirli üsullar aşağıdakılardır: Soda Soda səbəbindən asılı olmayaraq hər cür qaşıntını aradan qaldırır. Bir xörək qaşığı sodanı 1 çay qaşığı su ilə qarışdırıb qaşınan bölgəyə çəkin. Yumağa ehtiyac yoxdur. Yulaf lopası Tərkibindəki antioksidantlar sayəsində dərini sakitləşdirir. Bir az yulaf götürüb onu su ilə qarışdıraraq məcun halına salın. Daha sonra qaşınan bölgəyə çəkin. Qaşıntı aradan qalxana kimi gözləyin. Daha sonra soyuq su ilə təmizləyin. Soyuq su Soyuq su qaşıntını dərhal aradan qaldırır. Su əvəzinə buzdan da istifadə edə bilərsiniz. Limon Limon da qaşıntını aradan qaldıran təsirli vasitədir. Qaşınan bölgələrə bir az limon şirəsi çəkib 15-20 dəqiqə saxlayın. Daha sonra soyuq su ilə yuyunun. Ardıc meyvəsi və ya mixək Həm ardıc meyvəsi, həm də mixək tərkibindəki xüsusi maddələr sayəsində qaşıntını aparır. Ardıc və ya mixək yağını qaşınan bölgəyə çəkib 15 dəqiqə gözləmək lazımdır. Əzvay (Aloe- vera) Antibakterial xüsusiyyətə malikdir. Tərkibindəki E vitamini sayəsində dəri qıcıqlanmasını aradan qaldırır, qaşıntını azaldır. Əzvayın yarpağını kəsin və yarpaqdan axan şirəni qaşınan bölgələrə çəkin. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 1509
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN