SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Uşaqlarla kitabxanaya getmək üçün 5 mühüm səbəb

whatsappda paylaş Whatsapp-la göndər
Uşaqlarla kitabxanaya getmək üçün 5 mühüm səbəb
Dünya miqyasında pediatrlar valideynlərə uşaqları üçün kitab oxumağın üstünlüklərini vurğulayırlar. Uşağı ilə birlikdə kitab oxumaqla daha çox vaxt keçirən valideynlər övladları ilə müsbət münasibət formalaşdırır, uşaqların sosial-emosional inkişafına şərait yaratmış olurlar. Kitab oxumaq hər yerdə mümkündür lakin, bunun üçün yaradılmış xüsusi mühit və şərait daha məhsuldar şəkildə kitab arxasında vaxt keçirməyə səbəb olacaqdır. Kitabxanalar və oxu zalları həm valideyn, həm də uşaqlar üçün tam uyğun bir məkandır. Kitabxanalara ara-sıra baş çəkmək nəinki uşaq hətta bütün ailədə xoş ənənələrin yaranmasına səbəb olacaqdır. Bunun üçün hətta ailə xüsusi bir gün və saatlar da təyin edə bilər- “kitabxana günü”, “qiraət saatı” və s. Kitabxanaya getmək üçün kiçik olan uşaqlar valideynlər arasında paylaşdırıla bilər – kiçiklər digər valideyn ilə parka, gəzintiyə, bazarlığa gedə bilərlər. Beləcə kiçiklərin mane olmaması üçün böyük uşaq valideynlərindən biri ilə kitabxanaya baş çəkə bilər. Bu maraqlı prosesə nənə-babaları, bibi-xalaları, dayı və əmiləri də cəlb etmək olar. Hətta etibarlı və uşaqlı qonşular ilə həftə növbəsi təşkil edərək uşaqlar hər həftə müxtəlif ailənin valideyni ilə asudələrini kitabxanada keçirə bilərlər. Kitabxanalarda vaxtın keçirməsinin faydaları: Kitablara hörmətin formalaşdırılması Kitabxanalarda kitablara göstərilən qulluq və qayğı əyani nümunədir. Səliqəli kitablar, nizamlı rəflər uşaqlara vizual təəssürat yaradaracaq və kitablara sevgi oyadacaqdır. Kitabxanaçıların nümunəsində kitaba hörmət formalaşacaqdır. Ailənin büdcəsinə qənaət Respublikamızda mövcud olan çoxsaylı kitabxanalar Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində ildən-ilə yenilənməkdədir. Müasir kitabxanalar baxımlılığı ilə nəzəri cəlb edir. Ən yeni və ən son nəşrləri kitabxanalarda tapmaq mümkündür. Bu ailəyə külli miqdarda vəsaiti qənaət etməyə imkan verir, yeni və müxtəlif kitabları oxumaq üçün əlavə xərcə ehtiyac qalmır. Bundan əlavə olaraq, valideyn və uşaqlar ödənişsiz olaraq kitablara baxa, oxuya və özlərinə uyğun olanı seçə bilərlər. Ən sevimli kitabları isə sonralar dükanlardan əldə edib ev kitabxanası yarada bilərlər. Qeyd etmək gərəkdir ki, respublikada fəaliyyət göstərən kitabxanalar bir neçə dildə kitab bazasına malikdir. Oxumağa alışqanlıq Oxu zallarından istifadə fikrin yayınmadan bir neçə saat mütaliəyə həsr etməyə imkan verir. Amerika Pediatrlar Asossiasiyasının araşdırmaları göstərir ki, dünyada uşaqların böyük əksəriyyəti 2 saat icazə verilən “ekran vaxtını” qat-qat aşırlar. “Ekran vaxtına” televizor, planşet, kompüter, telefonla keçirilən vaxt aiddir. “Ekran vaxtını” kitabxana saatları ilə sıxışdırmaq üçün mütaliə tam uyğun bir alternativdir. Kitabxana evdən piyada məsafədə olması üstəlik təmiz havada gəzintiyə və uşaqla xoş söhbətə səbəb ola bilər. Bu həmçinin telefondan fəal şəkildə istifadə edən valideyn üçün də “telefonsuz” maraqlı bir fasilədir. İntizama alışqanlıq Kitabxanadan 10-15 gün müddətində verilən kitabı vaxtı-vaxtında oxuyub bitirmək və geri qaytarmaq uşaqlarda nizam-intizamı formalaşdırmağa şəraitdir. Həmçinin uşaqlar vaxt məhdudiyyətini asanlıla qavrayacaq və vaxtın idarəedilməsi haqda ibtidai bacarıq əldə edəcəklər. Məsuliyyətə alışqanlıq Kitabın qaytarılma tarixini yadda saxlamağı uşağa tapşırmaq lakin valideyn tərəfindən özündə qeyd etmək uşaqda məsuliyyət hissini oyadacaqdır. Uşaqlara kitabların vəziyyətini və səliqəsini həvalə etmək, kitabxanaya götürüldüyü halda qaytarmağı anlatmaq məsuliyyət hissinin aşılanmasına səbəbdir. Bakı şəhəri üzrə uşaq kitabxanalarının siyahısı: F.Köçərli adına Respublika Uşaq Kitabxanası Kitabxananın 8 şöbəsi, 4 bölməsi və 2 oxu zalı var. 4 filialı isə Bakının müxtəlif rayonlarında fəaliyyət göstərir. Ünvan: Bakı şəhəri, S.Vurğun küçəsi 104 Telefon : 012 495 28 14; 495 39 34. Sayt: http://www.clb.az E-mail: [email protected] C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası Kitabxananin 8 söbəsi vardir. Ünvan: Bakı şəhəri, N.Nərimanov küçəsi 203 Telefon: 012 438 02 47 Sayt: http://www.ryl.az e-mail: [email protected] Binəqədi qəsəbə Uşaq Kitabxanası Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi korpus 64 V.Q.Korolenko adına Mərkəzi şəhər Gənclər Kitabxanası Ünvan: Bakı şəh., Binəqədi ray., Gəraybəyli küç., 71 (994 12) 561 59 33 A.Şaiq adına Uşaq Kitabxanası Ünvan: Nərimanov rayonu, F. Xoyski prospekti 120/23 Telefon: (+994 12) 564 69 71 A. Qaydar adına Uşaq Kitabxanası Ünvan: Nərimanov rayonu, Heydər Əliyev pr-ti 72 Telefon: (+994 12) 566 65 86 N. Rəfibəyli adına Uşaq Kitabxanası Ünvan: Nəsimi rayonu, 4-cü mikrorayon, 7-ci Binəqədi küçəsi Telefon: (+994 12) 568 08 22 8 mart adına Bakıxanov qəsəbə Uşaq kitabxanası Ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M. Gəncəvi küçəsi 2 Telefon: (+994 12) 425 39 61 “28 may” adına Zabrat qəsəbə Uşaq Kitabxanası Ünvan: Sabunçu ray., I Zabrat qəsəbəsi Telefon: (+994 12) 550 30 44 M. Dilbazi adına Uşaq Kitabxanası Ünvan: Sabunçu rayonu, Sabunçu qəsəbəsi Telefon: (+994 12) 450 19 30 A.Şaiq adına Maştağa qəsəbə Uşaq kitabxanası Ünvan: Sabunçu rayonu, Maşdağa qəsəbəsi, Məktəb küçəsi 9 Telefon: (994 12) 455 23 54 M.Şəhriyar adına Bakıxanov qəsəbə Uşaq Kitabxanası Ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 2/20 Telefon: (+994 12) 428 41 95 N.Hikmət adına Uşaq Kitabxanası Ünvan: Səbail rayonu, Qurban Abbasov küçəsi 50/52 Telefon: (+994 12) 491 04 89 M.Seyidzadə adına Mərkəzi şəhər Uşaq Kitabxanası Ünvan: Səbail rayonu, Bülbül prospekti 14/70 Telefon: (+994 12) 493 43 15, 493 75 68, 493 15 43 E-mail: [email protected] O.Sarıvəlli adına Uşaq Kitabxanası Ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Park küçəsi, S.Bəhlulzadə adına Mədəniyyət Sarayı Telefon: (+994 12) 420 57 84 Musabəyov qəsəbə Uşaq Kitabxanası Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Qasımzadə küçəsi 13b ev 37 Telefon: (+994 12) 432 54 20 X. Natəvan adına Uşaq Kitabxanası Ünvan: Bakı şəhəri, Yasamal ray., S.Dağlı küç., 2 Telefon: (+994 12) 439 69 46 A.Şaiq adına Uşaq Kitabxanası Ünvan: Bakı şəhəri, Yasamal ray., H.Cavid pr. 522-ci məhəllə Telefon: (+994 12) 438 05 09 Hazırladı: Səltənət Zülfüqarova Mənbə:vib.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Psixologiya
Baxış sayı: 907
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN