SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Balıq yağı şizofreniyanın qarşısını ala bilər

whatsappda paylaş Whatsapp-la göndər
Balıq yağı şizofreniyanın qarşısını ala bilər
Avstraliyalı alimlərin araşdırmalarına görə, balıq yağı istifadə edənlərin şizofreniya xəstəliyinə tutulma riski daha azdır. Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, Melbourne Universitetinin elm adamlarının araşdırmaları nəticəsində 3 ay müddətində tərkibində omeqa-3 olan balıq yağı istifadə edənlərdə şizofreniya əlamətlərinin daha az olduğu məlum olub. Alimlər 13-25 yaşlarında olan və şizofreniyanın ilk əlamətlərinə rast gəlinən pasiyentlərə üç ay müddətində balıq yağı həbləri veriblər. Digər pasiyentlər isə tərkibində faktor maddə olmayan həblər (plasebo) istifadə ediblər. Bir il sonra balıq yağı istifadə edənlərin 10 faizinə, plasebo qəbul edənlərin isə 40 faizinə şizofreniya diaqnozu qoyulub. Lakin alimlər araşdırmaların miqyasının kiçik olduğunu və bu nəticələrin başqa araşdırmalarla öz təsdiqini tapmasının vacibliyini bildiriblər. Mənbə:anspress.com
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 883
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN