loading...

İnsultun qarşısını alan şam qozası

whatsappda paylaş Whatsapp-la göndər
İnsultun qarşısını alan şam qozası
Xalq təbabətində insultun nəticələrinin aradan qaldırılması və profilaktikası üçün yetişmiş şam qozalarının alma sirkəsi ilə spirtli cövhərindən istifadə olunur. 5 yetişmiş şam qozasının üzərinə 1/4 litr spirt (70%) və ya keyfiyyətli araq tökülür. Otaq temperaturunda 10 gün saxlanılır. Sonra süzülür və 1 çay qaşığı evdə hazırlanmış alma sirkəsi (üzüm sirkəsi ilə də əvəz etmək olar) əlavə edilir. Hər gün gecə 1 stəkan açıq çayın içərisinə 1 çay qaşığı bu cövhərdən əlavə edilərək içilir. Balla içilməsi arzuolunandır. Bu vasitə qanı duruldur, beyin damarlarına müsbət təsir edir, sinir hüceyrələrinin məhv olmasının qarşısını alır, hərəkətin və nitqin koordinasiyasının bərpasını təmin edir. Bu üsulla müalicə kursu təxminən 6 ay davam edir. Xəstəliyin nəticəsi tibbi yardımın sürətindən və keyfiyyətindən asılıdır. Çünki insult - beyin funksiyalarının pozulması əlamətlərinin tez özünü göstərməsi ilə xarakterizə olunan kliniki sindromdur; bu əlamətlər beyində struktur dəyişikliklərlə müşayiət olunur və əgər 24 saatdan artıq davam edərsə, ölümlə nəticələnir. Əgər nevroloji əlamətlər 24 saatdan az davam edərsə, beynin qan dövranının bu tip pozğunluqlarını bərpa etmək mümkündür. Mənbə:saglamolun.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 1797
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN