SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Əl tərləməsinin çarəsi

whatsappda paylaş Whatsapp-la göndər
Əl tərləməsinin çarəsi
İsti yay aylarında əl tərləməsi bəzi insanları narahat edən xoşagəlməz haldır. Müxtəlif infeksiyalar, köklük, klimaks, diabet, psixoloji xəstəliklərin səbəb ola biləcəyi bu problemdən çıxış yolu var. Daha çox qadınları narahat edən bu problemin həlli üçün asan üsul təqdim edirik: Lazım olanlar: - İsti duzlu borakslı su - Soyuq duzlu borakslı su - 2 yemək qaşığı kirşan - 1 yemək qaşığı quru nanə - 1 limonun qabığı (sürtgəcdən keçirilmiş) Hazırlanması: Əllərinizi əvvəl isti, sonra soyuq borakslı suda saxlayın. Sonra bir qabda kirşan, nanə və sürtgəcdən keçirilmiş limon qabığını qarışdırıb əlinizə çəkin. Pambıqlı əlcək geyinərək 15-20 dəqiqə gözləyin. Sonra isə yuyun. Borakslı su nədir? Borakslı su tərkibi oksigen, natrium və bortenlə zəngin təbii mineraldır. Antiseptik, antibiotik xüsusiyyətləri sayəsində güclü təbii dezinfeksiyaedicidir. Göbələk əmələ gəlməsini qarşısını alır. Boraks ev təmizliyində tez-tez istifadə olunan bir maddədir. Bu maddə ağardır, suyun əhəngini azaldaraq yumşalmasını təmin edir. Həzm yoluna zərər verdiyi üçün udmaq, hətta təbii mineral olmasına baxmayaraq, onu iyləmək olmaz. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Gigiyena
Baxış sayı: 1285
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN