SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Napoleon tortu resepti

whatsappda paylaş Whatsapp-la göndər
Napoleon tortu resepti
Tərkibi: - 1,8 kq buğda unu - 600 qr kərə yağı - 200 ml su - ½ ç.q. duz - 3 lt süd - 500 qr şəkər tozu - 5 ədəd yumurta - 10 qr vanil Hazırlanması: 1. Xəmir üçün 1,5 kq una (6 stəkan) 500 qr. yağ əlavə edib bıçaqla xırda-xırda doğrayın ki, yağ unla qarışsın. Unu bir yerə toplayın. 2. Soyuq suyu duzla qarışdırıb tədricən un topasının ortasına əlavə edə-edə qarışdırıb xəmir yoğurun. 3. Xəmiri 9 bərabər hissəyə bölün. Hər dilimi maksimum 2 mm qalınlıqda yayın, unlayıb əvvəlcədən 180*C qızdırılmış sobada 15-20 dəqiqə bişirin. 4. Krem üçün 2,5 l südü isidin. 5. Süd qızana kimi yumurta və şəkər tozunu qarışdırın. Üzərinə un əlavə edib yaxşıca çalın. Sonra südün qalanını (0,5 l) əlavə edib qarışdırın. 6. Süd yaxşı qızdıqdan sonra yumurtalı qatışığı nazik şırnaqla dayanmadan qarışdıra-qarışdıra südə əlavə edin. Çala-çala kremi qaynara salana kimi qızdırın, qabarcıqlar əmələ gələn kimi alovdan götürün. İsti kremə 100 qr. yağ və vanil əlavə edin. İstəkdən asılı olaraq şəkər tozu əlavə etmək olar. 7. Tortun hər dilimini bolluca kremləyib üst-üstə yığın. Kremə qənaət etməyin, krem tortun üstündən və böyürlərindən axmalıdır. Bu halda korjlar daha yumşaq və dadlı olur. Korjlardan birini daha çox qızardıb ovun, sonda tortun üstünə və böyürlərinə səpin. 8. 6-7 saat saxladıqdan sonra süfrəyə verə bilərsiniz. Qeyd: Hər bir korj 30 sm diametr olacaq. Siz kündələrin sayını çoxaltmaqla tortun hündürlüyünü artıra, enini azalda bilərsiniz. Xəmiri dilimlərə böldükdən sonra soyuducuya qoyun, layları növbə ilə yayıb bişirin, belə ki, xəmirin tərkibi yağlı olduğundan otaq temperaturunda çox yumşalır və yayılması mümkün olmur. Korjları kremləməmişdən əvvəl kremi azca soyudun. Nuş olsun! Mənbə:qadinlar.biz
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 3843
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN