SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Makiyajı təmizləməyin alternativ yolları

whatsappda paylaş Whatsapp-la göndər
Makiyajı təmizləməyin alternativ yolları
İşlərin çoxluğundan ehtiyacımız olduğu kosmetik vasitələri almağı unuduruq. Onlar isə ən çox lazım olan anda bitir. Məsələn, makiyaj təmizləyici hər zaman əlinizin altında olmaya bilər. Bəs, bu kimi hallarda dəriyə zərər vermədən onu nə ilə silə bilərik? Makiyajla yatmamaq üçün hansı vasitələrdən istifadə etmək olar? Təbii Yağlar Baxım üçün istifadə etdiyiniz hindqozu yağı, ya da zeytun yağından makiyajı təmizləmək üçün istifadə edə bilərsiniz. Bu yağlar dərini təbii şəkildə nəmləndirir və təravətləndirir. Bəbə yağı Əgər makiyaj təmizləyiciniz bitibsə, onu körpə yağı ilə əvəz edə bilərsiniz. Körpə yağı makiyajı çox asanlıqla təmizləyir. Ancaq bu yağdan tez-tez istifadə etmək tövsiyə olunmur. Vazelin Effektli nəmləndirici olan vazelin həm də makiyaj təmizləyicini əvəz edə bilər. Pambığın köməyilə vazelini üzünüzə çəkib sonra makiyajı təmizləyin. Lakin bu məhsulu üzə tez-tez çəkmək olmaz. Bal Bal da faydalı xüsusiyyətlərinə görə, dəriyə zərər vermədən makiyajı təmizləyən ən yaxşı vasitədir. Azacıq bal götürüb barmaq uclarında üzünüzə çəkin. Sonra isə nəm pambıqla makiyajı silin. Bu sayədə həm makiyaj təmizlənir, həm də dəri nəmlənir. Mənbə:publika.az
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Gigiyena
Baxış sayı: 1126
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN