Neçə yaşda hamilə qalsam…

Anamız-nenemiz demeyibmi: “Ne qeder tez övlad sahibi olarsan, bir o qeder yaxşı olar!” Amma her şeyi lazım olduğu kimi etmek isteyen qadınlar var ve onlar uyğun şeraitde, uyğun vaxtda hamile olmaq isteyerler.Eslinde bu da individual meseledir. Axı her qadının ferqli xasiyyeti, sebri, temkini var (bezen heç yoxdur). Her kesin dünyagörüşü, aile, valideynlik barede fikirleri ferqlidir.Ancaq her bir qadın ana olmağa hazırlaşanda bezi meseleleri nezere alsa, övladını düşünmüş olar.Psixoloji hazırlıq ana ve onun balası üçün çox vacibdir. Eger siz özünüzü psixoloji olaraq analığa hazır hesab etmirsinizse, telesmeyin. Psixoloji hazır olsanız bele, tam sağlam deyilsinizse, gözleyin. Sağlamlığınızın qeydine qalın ki, sonra dünyaya getirdiyiniz uşaq da sağlam olsun.Onsuz da qadınlar doğuşdan sonra psixoloji gerginlik keçirirler. Çetinliklerin öhdesinden gelmek, gerginliye davam getirmek üçün güclü olmaq lazımdır.Sehhetiniz size ana olmağa imkan vermelidir. Siz hansısa xestelikden eziyyet çekirsinizse, sağalmalısınız. Evvela xesteliyiniz uşağın sağlamlığına tesir ede biler. Diger terefden xeste adam her şeyi unudub körpesinin qayğısına qala bilmez. Ana olmaq o qeder gözeldir ki, qadınlar çox vaxt sehhet barede düşünmek istemir, her şeye göz yumurlar. Ancaq xestelik fesad verer, uşağı yarı yolda qoyarsınız. Nezere alın ki, sizin sağlamlığınız hem de balanız üçün vacibdir.Maddi resurslar heç de ehemiyyetsiz deyil. Ana balasına göre mesuliyyet daşıyır, özü kimi onu da yedirmeli, geyindirmelidir.Siz işleyirsinizse, hem hamilelik dövrü (son aylar), hem de uşaq doğulandan sonra bir müddet evde oturmalısınız. Bu dövrde heyat yoldaşınız ve ya valideynleriniz size yardım ede bileceklermi? Bu barede etraflı düşünmek gerekdir. İkinci defe ana olmaq daha çox mesuliyyet demekdir. Bu halda siz tek özünüzün, dünyaya getireceyiniz uşağın deyil, hem de böyük uşağı qeydine qalmalısınız. Böyüyün problemi varsa, meselen, hansısa xestelikden eziyyet çekirse, evvel onun müalicesi ile ciddi meşğul olmaq, problemi aradan qaldırmaq lazımdır.Siz ana kimi her uşağa lazımi qeder diqqet etmeye, qayğı göstermeye hazır olmalısınız. Yazılanlardan ve deyilenlerden bele çıxır ki, qadın ana olmağa hazırdırsa, hansı yaşda olsa, uşağa qala biler. Yeqin ona göredir ki, bezileri 18 yaşında ana olanda bezileri 28 yaşında ana olmaqdan çekinir. Yaşınız çoxdursa, narahat olmayın. Hekimle meslehetleşin, ciddi problem olmasa, siz sağlam uşaq doğa bilersiniz. Düzdür, 35 yaşdan sonra uşağı salmaq tehlükesi artır, ancaq birinci uşağı bu yaşda da dünyaya getirmek olar. (40-45 yaşda uşağı salmaq tehlükesi daha böyük olduğundan heç vaxt ana olmayan qadınlara bu yaşda doğmaq meslehet görülmür).