Körpələrdə diş çıxarma əlamətləri

Körpənin diş çıxması böyüdüyünün, inkişaf etdiyinin əlamətidir və valideynləri xoşbəxt edər. Lakin eyni vəziyyət körpəni narahat edərsə, iştahsız günlərə səbəb olarsa ailələr üçün çətinlik yaranar. Körpənin diş çıxarma dövründə necə davranmaq, nələr etmək lazım olduğunu bilmək lazımdır. Körpələr 6-cı aydan diş çıxatmağa başlayirlar. Bəzən bu proses daha tez 2-ciaydan etibarən, bəzənsə hətta 1 yaşından sonra baş verir. Nadir olaraq bəzən körpələr bir və ya daha çox diş doğulurlar. Ümumiyyətlə ilk çıxan diş ön tərəfdəndir. Diş, diş ətinə yaxınlaşdıqca o bölgədə qızarıqlıq, şişlik, həssaslıq görülə bilər. 20 ədəd süd dişinin hamısının çıxması 3 yaşa qədər davam edir. Daimi dişlər 6 yaşdan çixmağa başlayır .Bəzi dişlər çıxarkən digərlərilə müqayisədə daha ağrılı ola bilər. İlk çıxan diş, bəzən ən çətini ola bilər. Bəzənsə böyük azı dişləri çixarkən çətinlik yarana bilər. Bir anda birdən çox dişin çıxması da mümkündür. Diş çıxarma əlamətləri bunlardır:

1. Artan tüpürcək
2. Yuxu nizamsızlığı
3. İştahsızlıq
4. Narahatlıq
5. Əllərini ağzına aparması
6. Ağız ətrafında yüngül töküntü
7.Tempraturun qalxması

Diş çıxaran körpələrə evdə baxım necə olmalıdır? Diş çıxaran körpələrdə ağrıları azaltmaq üçün satılan diş halqalarindan istifadə edilir,ancaq bu kömək etmirsə körpənin ağrılarını yüngülləşdirmək üçün valideynlər əllərini yuduqdan sonra bir barmağıyla o bölgədəki diş ətinə yüngülcə masaj edə bilərlər. Əgər diş çıxarma iştahsızlığa gətirib çıxarırsa, bəzən bəsləyərkən fərqli bir əmzik ucu və ya ağızlı stəkan istifadə edilsə körpə daha rahat qidalanar.Yaxşı olardı ki, bu dövrdə valideynlər körpələrinə daha çox nəvaziş göstərsinlər.Onu daha çox qucağa alsınlar,ona xoş sözlər söyləsinlər, sevdiyi oyunları oynasınlar.Bunlar Diş çıxarma prosesini daha yüngül keçirməyə kömək edər.

Ağrı kəsici istifadə edilməlidirmi?Əczaxanadan satılan bəzi dərmanlar ağrı kəsmək məqsədiylə diş ətlərinin üstünə sürtülür. Tərkibində diş ətlərini müəyyən bir müddət üçün keyidən maddələr vardır. Qısa müddət üçün kömək edərlər, ancaq bəzi uşaqlar bunların dad və ya yaratdığı təsiri bəyənməyə bilərlər.Bu dərmanlayarın körpənin boğazına dəyməməsini diqqət etmək lazımdır, çünki o bölgənin keyiməsi böyürmə refleksini yüngülləşdirə bilər və yeməklərin boğazında qalmasına səbəb ola bilər.Tərkibində parasetamol olan dərmanlardan da ağrınının azaldılmasında istifadə etmək olar.Ancaq diş çıxararkən çox dərman istifadə etməmək daha uyğundur, çünki bilinməyən başqa bir xəstəliyin yaratdığı tempraturu sala biləcəyindən valideynlər və həkim o xəstəlikdən xəbərsiz qala bilər. Körpələrə aspirin ehtiva edən dərmanlayar verilməməlidir. Diş çıxarmaq normaldır.Təbiət edəbarilə uşaqlarda 20 süd dişi çıxmalı və bu dişlər düşdükdən sonra yerinə 32 daimi diş gəlməlidir, ana ataların bu müddət boyunca həssas və diqqətli olmaları kifayətdir.