Spiral və onun növləri

Spiral hamilelikdən qorunma üsuludur. T- şekilli bir cihaz olub ginekoloq tərəfindən vaginal yolla uşaqlığım içinə yerləşdirilir. Spiral çox effektli qorunma üsuludur. Qorunmadan sonra hamile qalmaq isteyen xanımlar üçün en ideal vasitədir.

Spirallar sadəcə hamilelikdən qorunmaq üçün istifade edilmir. Ayrıca mensturasiya ağrıları ve mensturasiya pozğunluqlarında da istifadə edilən spiral növü mövcuddur . Muasir dövrdə istifadə edilən spirallar 2 cürdür:

1.PARAGARD – spiralın terkibinde mis mövcuddur. Uşaqlığın içində 10 il qala bilər. Bəzi qadınlarda PARAGARD spiral qoyulduqdan sonra mensturasiya qanamaları şiddətli ola bilər. Ayrıca PARAGARD cinsi elaqe sonrası tecili qorunma üsulu olaraq da istifade edile biler.

2.MİRENA adlanan spiralda ise progesteron hormonu mövcuddur. Bu hormon müəyyən zaman aralıqlarında uşaqlığın içerisine ifraz edilir. Uşaqlıqda 5 il boyunca qala bilər. MİRENA istifade edən qadınlarda mensturasiya ağrıları ve mensturasiya qanaması azalır. Bəzən qadınlarda mesnturasiya heç olmur. Ancaq bu qorxulu hal deyil. Spiral götürüldükdən sonra mensturasiya qanamaları yenə normal halını alır.

Hansı spiral növü sizin üçün daha uyğundur? Buna tebii ki həkiminiz qerar verecek. Ancaq bezi ayrıntıları bilməniz yaxşıdır.

1.PARAGARD daha çox seçilən edilen hallar:

-Hormonal preparat istənməyən və ya hormonal preparatlara əks göstəriş olanda

-Hamiləlikdən qorunmağı 10 il kimi uzun bir zamanda istəyən xəstələr

-Cinsi elaqədən sonra təcili qorunma istəyi olan xəstələr(cinsi elaqədən sonra 5 gün içində qoyulmalıdır)

2.MİRENA daha çox seçilən hallar:

-Mensturasiya qanamaları çox olan xəstələr

-Mensturasiyada ağrısı olan (dismenore) olan xəstələr

-5 il ərzində qorunmaq istəyən xəstələr

Spiralı olan xanımlar hansı hallarda həkimə müraciet etməlidir?

Bel ve çanaqda ciddi ağrılar olduqda
Mensturasiya gecikdikdə
Spiral ipi vaginada hiss edilmədikdə
Səbəbi bilinməyən tempratur olduqda ( infeksiya şübhəsi)